MÜSAHİBƏ
A- A A+

Yusif Zeynalov: Ötən 15 ildə Azərbaycanın iqtisadi inkişafı bütün sahələrdə uğurların əldə edilməsini şərtləndirib

2018-04-22 15:55:45

Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın ötən 15 il ərzində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əldə etdiyi uğurlardan ətraflı bəhs etdi

Dövlətimizin başçısı bildirdi ki, ölkəmizdə sosial məsələlərin həllinə xüsusilə böyük diqqət yetirilir. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətimiz tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Son 15 il ərzində Azərbaycanda yoxsulluq 49 faizdən 5,4 faizə enib. İşsizlik səviyyəsi 5 faizə düşüb. Ötən 15 ildə iqtisadiyyatda olduqca böyük uğurlar qazanılıb. Bu uğurların nəticəsidir ki, ümumi daxili məhsul 3,2 dəfədən çox artıb. Sənaye istehsalı 2,6 dəfə artıb. Kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə çoxalıb. Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) kafedra müdiri Yusif Zeynalov bildirib. Yusif Zeynalov qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə əllidən çox iri fermer təsərrüfatının yaradılması ilə bağlı müvafiq Sərəncam imzalayıb. Bu istiqamətdə ardıcıl həyata keçirilən işlərin nəticəsidir ki, artıq Ağcabədi, Beyləqan və digər rayonlarda 30-dan çox iri fermer təsərrüfatının yaradılmasına başlanılıb. Bu işin həyata keçirilməsindən ötrü 70 milyon manatdan artıq vəsait ayrılıb. Bu istiqamətdə iri fermer təsərrüfatlarının yaradılması Azərbaycanda aqrar sektorun daha da genişləndirilməsinə, onun inkişaf etdirilməsinə, aqrar məhsulların xaricə ixrac olunmasına və xaricdən ölkəmizə valyutanın gəlməsinə şərait yaradacaq. İri fermer təsərrüfatlarının yaradılması istehsal edilən məhsulun keyfiyyətinin yüksəlməsinə də səbəb olacaq.

Prezident İlham Əliyevin dediyi kimi, iqtisadiyyatı güclü olan ölkə müstəqil siyasət həyata keçirə bilər. Ona görə də iqtisadiyyatımızı daha da inkişaf etdirməliyik. Bu istiqamətdə xeyli irəliləyişə nail olunub. Belə ki, son illərdə Azərbaycanda valyuta ehtiyatı 24 dəfə artıb. Azərbaycanın hazırda valyuta ehtiyatları 44 milyard dollardan çoxdur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan çox investisiya qoyulub. Bunun nəticəsində Azərbaycan iqtisadiyyatını şaxələndirmək mümkün olub. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atılıb.

Prezidentin toxunduğu maraqlı məsələlərdən biri də Azərbaycanda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsidir. Dövlətimiz tərəfindən sahibkarlara normal iş və istehsal şəraitinin yaradılması, hazır məhsulların, əmtəələrin xarici bazarlara çıxarılması üçün hər cür yardım göstərilir. Belə ki, son 15 ildə sahibkarlığın inkişafına 2 milyard manatdan artıq vəsait ayrılıb. Bu vəsaitlər hesabına Azərbaycanda kiçik və orta sahibkarlıq sürətlə inkişaf etməyə başlayıb. Bu sahənin inkişaf etdirilməsi məqsədilə sahibkarlara bir sıra güzəştli kreditlər verilir, onlar bir sıra vergilərdən və gömrük rüsumlarından azad ediliblər.

Akademiyanın kafedra müdiri qeyd edib ki, 2004-cü ildən başlayaraq 2018-ci ilə qədər qəbul edilmiş üç sosial-iqtisadi inkişaf proqramının təsiri nəticəsində regionlarımız sürətlə inkişaf edir. Bu illər ərzində regionların sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə 67 milyard manatdan çox vəsait ayrılıb.

Bundan başqa, Prezident İlham Əliyev 2017-ci ilin oktyabrında işə salınmış Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən danışdı. Qeyd etdi ki, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlər görülür. Yusif Zeynalov sonda bildirib ki, bütün bu uğurları görən xalqımız aprelin 11-də keçirilən prezident seçkilərdə İlham Əliyevə yenidən səs verdi. Azərbaycan xalqı növbəti dəfə İlham Əliyevə böyük etimad göstərməklə həm də gələcək inkişafa, xüsusilə iqtisadi tərəqqiyə səs verdi.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 173

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...