CƏMİYYƏT
A- A A+

Erməni saxtakarlıqlarının ifşası mövzusunda konfrans

2018-04-21 14:05:40

Müəllif Hüquqları Agentliyi Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirib

APA-nın məlumatına görə, konfransda çıxış edən agentliyin sədri Kamran İmanov bildirib ki, builki konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. O qeyd edib ki, hazırda milli sənət incilərimizin UNESCO-nun Qeyri-maddi Mədəni İrs nümunələri siyahısına daxil edilməsi üçün ölkəmizdə fəal iş aparılır. Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində 2008-ci ildən başlayaraq bu günə qədər Qeyri-maddi Mədəni İrs inciləri sırasına Azərbaycanın 11 elementi daxil edilib: “UNESCO-nun siyahısına daxil edilən mədəni irs nümunələrimizin sayı bədnam qonşularımızın qeydə götürülən elementlərinin sayını iki dəfədən çox üstələyir. Bununla belə, erməni tərəfi bu gün də UNESCO-nun Mədəni İrs siyahısına daxil etmək üçün Azərbaycan xalqının maddi və qeyri-maddi irs nümunələrinə iddialar irəli sürür, əqli mülkiyyətimizə göz dikir. Belə iddiaların əsassızlığını göstərmək üçün hər birimiz səylərimizi artırmalıyıq. Bugünkü tədbirin bir məqsədi də bundan ibarətdir”. K. İmanov erməniçiliyin mif yaradıcılığına, mifomaniyaya çox meylli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu uydurmalar “böyük torpaqlar” mifini, qonşulara ərazi iddialarını və onların mədəni irsinin mənimsənilməsini bir-birinə bağlayır: “Əqli mülkiyyətimizin “Azərbaycan mədəni ənənələrinin özününküləşdirilməklə erməni ənənəsinə” çevrilən oğurluq üsulları çoxdan sirr deyil”. O qeyd edib ki, agentliyin fəaliyyətində erməni saxtakarlıqlarına və plagiatçılığına qarşı mübarizə əsas yerlərdən birini tutur və bununla əlaqədar bir çox tədbirlər, o cümlədən beynəlxalq səviyyəli tədbirlər keçirilib, çoxsaylı kitablar və digər nəşrlər hazırlanaraq yayılıb, erməni saxtakarlıqlarının və ermənilərin mədəni irs nümunələrimizə iddialarının təkzibolunmaz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilib. Millət vəkili Fəttah Heydərov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, millət vəkili Elmira Axundova isə tarixi Azərbaycan torpaqlarına, maddi-mədəniyyət nümunələrinə qarşı əsassız iddialar irəli sürən, onları mənimsəyən erməni saxtakarları haqqında geniş məlumat verib, Müəllif Hüquqları Agentliyinin bu sahədəki işini yüksək qiymətləndiriblər.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 195

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

2018-09-20 21:35:13

CƏMİYYƏT
Hacıbəylilər qardaşları və Azərbaycan mu...
Hacıbəylilər qardaşları və Azərbaycan mu...

XX əsr musiqi mədəniyyətimizə bir neçə şəxsiyyətlər bəxş etdi. Xoşbəxtlikdən ...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...