SİYASƏT
A- A A+

Qarabağda müharibə başlayır? – Rus politoloqdan sensasiya

2018-04-21 08:35:54

.

Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya riski yüksəlir. Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Perendjiyev Ermənistanda müxalifətin aksiyasını şərh edərkən deyib. Onun fikrincə, Azərbaycan öz torpaqlarını qaytarmaq üçün həmişə zəif tərəfləri axtaracaq.

“Bakı heç vaxt ermənilərin Qarabağ və ətrafındakı ərazilərə nəzarət etməsi ilə razılaşmayacaq. Xüsusilə Dağlıq Qarabağın inzibati ərazisinə daxil olmayan ətrafdakı rayonların müharibə yolu ilə azad edilməsi variantı həmişə Bakının masasında olub. Çünki Azərbaycan bu ərazilərdə istənilən hərbi əməliyyat aparmaq hüququnun olduğunu hesab edir. Təbii ki, sonrakı mərhələdə Qarabağın azad olunması gələcək. Azərbaycanın hərbi potensialı buna imkan verir”, – deyə o bildirib.

6 gündür Ermənistanda “Elk” fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında baş nazir seçilən Serj Sərkisyan rejiminə qarşı kütləvi etirazlar davam edir. Etirazçılar bir çox dövlət orqanının binasını mühasirəyə alıb. Prosesi “Məxməri inqilab” adlandıran Paşinyan və tərəfdarları geri çəkilmək niyyətində deyil. İrəvandakı hadisələr fonunda erməni hərbi birləşmələrinin Dağlıq Qarabağda təxribata əl atması diqqət çəkir. Dünən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlunun əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alması da buna sübutdur.

Görünür, Sərkisyan rejimi köhnə taktikanı yenidən işə salır: mülki əhaliyə hücum etməklə Azərbaycan Ordusunu cavab atəşi açmağa vadar etmək, beləliklə Bakını hücum edən tərəf kimi göstərmək və cəbhədə vəziyyəti gərginləşdirərək, diqqəti ölkədaxili proseslərdən yayındırmaq. Perendjiyev İrəvandakı qeyri-stabil vəziyyətdən Azərbaycanın istifadə edə biləcəyini iddia etsə də, Sərkisyan rejiminin ölkədə nəzarəti ələ almaq üçün artıq Qarabağda hərbi toqquşmalar hazırladığı ortadadır. Hesab etmək olar ki, İrəvan küçələrində “Məxməri inqilab”ın davam edəcəyi təqdirdə, erməni hərbi birləşmələri cəbhədə daha ciddi təxribatlara əl ataraq, eskalasiyanın yaranmasına çalışacaqlar. Bu isə yeni hərbi toqquşmaların yaşanmasını qaçılmaz edir. Sərkisyanın hədəfi “xarici düşmən” obrazı yaratmaq və diqqəti yayındıraraq, proseslərə nəzarəti ələ almaqdır.

Böyük ehtimalla bu gün Sərkisyanın baş nazir olaraq yeni hökumətin iclasını keçirməsindən sonra hər şey bəlli olacaq. Paşinyan və tərəfdarları iclasın keçiriləcəyi binanı mühasirəyə almaq niyyətindədir. Əgər kütləvi etirazlar səngiməsə, Ermənistan hakimiyyəti yaxın günlər ərzində Qarabağda müharibəyə əl ata bilər.


Kateqoriya : SİYASƏT Baxış sayı : 833

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...