CƏMİYYƏT
A- A A+

“Ordu üçün bütün işlər görülür, görüləcək”

2018-04-20 08:20:56

.

“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır”. Bu fikirləri prezident İlham Əliyev ötən gün Milli Məclisdə baş tutan andiçmə mərasimində deyib. Bildirilib ki, ordumuz üçün nə lazımdırsa, edilir: “Ən müasir silahlar alınır və bundan sonra da alınacaq. Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu onu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.

Mövzu haqda fikirlərini Azadinform-a açıqlayan hərbi ekspert Emin Həsənli bildirib ki, prezidentin bu gün xüsusi olaraq toxunduğu mövzulardan birinin də ordu sahəsi olması təsadüfi deyil: “Prezident daim ordunun güclənməsinə, silahlanmasına, maddi-texniki bazanın möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılmasına çalışıb. Təsadüfi deyil ki, ölkədə döyüş ruhu yüksəkdir. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan 1 həftəyə öz torpaqlarını işğaldan azad etmək qüdrətindədir. Bunun üçün ordumuza nə lazımdırsa, varımızdır. İstər döyüş üçün lazım olan texnika, istərsə də döyüş ruhu, əzmkarlıq. Ən əsası odur ki, mənəvi-psixoloji hazırlıq yüksək səviyyədədir”. E. Həsənlinin fikrincə, ölkə başçısı bundan sonra da hərbi sahənin daha da möhkəmlənməsinə çalışacaq: “Gənc nəsildə vətənpərvərlik hisləri yüksək səviyyədədir. Azərbaycan özü silah istehsal edir. Yeri gələndə, ixrac da edir. Bu istiqamətdə görülən işlər göstərir ki, qarşıya qoyulan məqsədlər icra olunub. Bundan sonra da ordumuzun möhkəmlənməsi üçün bütün işlər görüləcək”.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 199

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...