İQTİSADİ
A- A A+

“Hərbi əməliyyatlarda həlak olan 8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

2018-04-20 07:55:10

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb

"APA-Economics" xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifələrinin icra edən Səlim Müslümov mətbuat konfransında çıxışı zamanı bildirib. S.Müslümovun sözlərinə görə, ilkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür. "Bu gün bizim bazalarda müxtəlif kateqoriyadan olan 12 737 nəfər şəhid ailəsi var. Hərbi qulluqçu kimi şəhid olanların sayı 8 714 nəfərdir. Bizim bazada olan rəqəmlərə görə isə 7 605 nəfəri 1997-ci ilin 2 avqust ayına kimi vəfat edənlərdir. Bundan başqa, 1997-ci ilin 2 avqustundan sonra da vəfat edən şəxslər var ki, hansı ki döyüşlər zamanı yaralanıb və s.

İlkin informasiyaya görə 8800 şəxs bu fərmanını icrası altına düşür. Və təxmini hesablamalarımıza görə, bu fərmanın icrası üçün 95-100 milyon manat vəsait tələb olunacaq. Vətəndaşlar artıq bu gündən başlayaraq sənədlərini toplaya bilərlər.

Fərmanın icrası vaxt məhdudiyyətindən söhbət gedə bilməz. Fərmanın icrası 1 də, 2 il də davam edə bilər. Sənədlər elektron şəklində deyil, kağız formasında olacaq. Çünki vətəndaşların hamısında elektron imza yoxdur," - deyə nazir vurğulayıb. Nazirin sözlərinə görə, 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 230

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...