CƏMİYYƏT
A- A A+

Şamil Sabiroğlunun Daxili İşlər Nazirliyinə müraciəti

2018-04-20 07:45:17

Nərimanov rayon Polis İdarəsində cinayətkarları müdafiə edirlər

Azərbaycanın Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə yaradılmış ictimai-siyasi sabitlik göz qabağındadır. İnsanlar rahat şəkildə iş-gücüylə məşğuldur. Problemlər də yox deyil. Əslində, dünyanın hər yerində problemsiz həyat yoxdur. Məsələn, demokratiyanın beşiyi sayılan ABŞ-da günün günorta çağı təhsil, mədəniyyət və istirahət ocaqlarında atışmaların baş verməsi adi hala çevrilib. Amma Azərbaycanda, əsası Dünya şöhrətli siyasətçi Heydər Əliyev tərəfindən qoyulan bu təməl, onun siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları, xüsusən də Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları öz vəzifə borclarını vicdanla yerinə yetirməyə çalışırlar. Lakin, vicdanını itirən, vətəndaşın ərizəsinə başdansovdu münasibət bildirən polis əməkdaşları da yox deyil.Belə polis əməkdaşlarından biri hazırda Bakının Nərimanov rayon Polis İdarəsinin İstintaq və Əməliyyat şöbəsində çalışır. Mən, özümə və digər doğmalarıma 2013-cü il may ayının 13-15-i arası Bakı şəhər sakini İsgəndər İslam oğlu Muradov tərəfindən dəymiş maddi ziyanla əlaqədar hələ 2016-cı ildə 18-ci Polis Bölməsinə ərizə ilə müraciət etdim.Ərizə araşdırılmaq üçün təhqiqatçı Məmməd Zeynalova təqdim edildi.

İnsafən, Məmməd müəllim, cavabdeh İsgəndər Muradovun tapılması üçün zəruri əməliyyat tədbiorləri gördü.Lakin, İsgəndər “tapılmadığı”üçün cinayət işinin başlanması dayandırıldı.Mənim yenidən müraciətim əsasında 18-ci PB-nin rəisi Bayram Alıyev məni şəxsən qəbul etdi, kömək edəcəyini vəd etdi.1 ay ərzində işə düzəltmək adıyla bizdən 5.000 manat pul almış və həmin məbləği qaytarmamış İ.Muradov saxlanıldı ( məhz vədinə əməl etdiyi üçün 18-ci Polis Bölməsinin rəisi cənab Bayram Alıyev və həmin Bölmənin əməkdaşlarına təşəkkür edirəm), istintaq işinin başlanması üçün Nərimanov rayon Polis İdarəsinə təhvil verildi.Təəssüf ki, İstintaq şöbəsinin yeni rəisi Vüqar İsmayılov və müstəntiq kapitan Yavər Məmmədli cinayətkar İ.Muradovu azadlığa buraxdılar. Mən 18.06.2016-cı il tarixdə Respublikanın Baş Prokuroruna müraciət etdim.

Nərimanov rayon Prokurorluğunda xitam verilmiş cinayət işinə yenidən baxıldı. İ.Muradov yenidən saxlanıldı, lakin, 15.XI.2016-cı il tarixdə “İsgəndər Muradovu tapmadıqları üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2. maddəsilə cinayət işinin başlanmasının rədd edilməsi haqda qərar “qəbul edildi. Nərimanov Polis İdarəsi əməkdaşlarının xəbəri olmadan aydınlaşdırdım ki, İ.Muradov 21.06.2014-cü ildə dələduzluq maddəsilə 4 il 6 ay müddətinə həbs edilib, 2016-cı il iyun ayının 25-də cəza müddəti 3 ilə endirilib və o, azadlığa buraxılıb.Hazırda da Bakının Suraxanı rayonunun Bakıxanov qəsəbəsində, Fətəliyev küçəsi, ev 46, mənzil 10-da yaşayır.Hətta İ.Muradov haqda digər məlumatları da ərizəyə əlavə edə bilərəm.

Mən, Qarabağ qazisiyəm.1989-1994-cü illərdə Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişəm. Azərbaycan Respublikasının Daxili İşlər Naziri, General-polkovnik Ramil Usubova müraciət edirəm. Xatırladıram ki, vaxtilə Prezident Qvardiyasında xidmət etmiş İ.Muradov bəzi dövlət məmurları tərəfindən müdafiə olunur. Mən,cənab Nazir Ramil Usubovdan ailə və övladımın təhlükəsizliyinə təminat istəyirəm. Tələb edirəm ki, İ.Muradov, onun yaxın qohumu Müşfiq adlı şəxsin və digər qrup üzvlərinin bizə dəyən ziyanı qısa müddətdə ödəsin, istintaq işini bilərəkdən yarımçıq saxlamış Nərimanov rayon Polis İdarəsinin əməkdaşı Yavər Məmmədli və qeyriləri haqda ciddi ölçü götürülsün.

Hörmətlə, Şamil Sabiroğlu (Ələkbərli Şamil Sabir oğlu), “Tərəqqi”medalının mükafatçısı,

Qarabağ qazisi. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 5 b.2 nömrəli TPM-in həyəti. Bakı şəhəri, 18.04.2018.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 925

QHT və MEDİA

2019-03-23 20:05:03

QHT və MEDİA
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...
QHT təmsilçiləri ön cəbhədə əsgərlərimiz...

Kimliyindən asılı olmayaraq hər bir vətəndaş Azərbaycanın ərazi bütövlüyünü q...

2019-03-21 19:10:44

QHT və MEDİA
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...