SİYASƏT
A- A A+

“Armeniareport”: Sovet İttifaqı dağılandan sonra ermənilər yalnız qeyri-müstəqil şəraitdə, yoxsulluq içində yaşamağı öyrəndilər

2018-04-19 07:35:37

1989-1990-cı illərdə SSRİ-nin tərkibində olan dövlətlər öz müstəqilliyi uğrunda mübarizəyə başladılar. Latviya, Litva, Gürcüstan və Azərbaycanda milli azadlıq hərəkatı başladı

. Bu ölkələrin xalqları öz azadlıqları uğrunda canlarından keçdilər və müstəqil dövlətlərə sahib oldular. Ermənistanda isə heç bir azadlıq hərəkatı baş vermədi. Bu xalq müstəqillik uğrunda mübarizənin nə olduğunu bilmədi.

Bu fikirlər Ermənistanın “Armeniareport” saytında yayılmış məqalədə yer alıb. Müəllif yazır ki, 90-cı illərin əvvəllərində başlayan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, bu, milli azadlıq hərəkatı deyildi. Bu münaqişə azadlıq hərəkatı ilə bağlı söylənilən fikirlərin əksinədir. Bu müharibədə çoxlu sayda erməni öldü. Serj Sarkisyanın “Qarabağ gələcəyin azad həyatıdır” fikrini xatırladan jurnalist vurğulayır ki, azad həyatın nə olduğunu bilməyən ermənilər mənasız yerə həyatları ilə vidalaşdılar.

Məqalədə qeyd olunur ki, Sovet İttifaqı dağıldıqdan sonra ermənilər qeyri-müstəqil şəraitdə, yoxsulluq içində yaşamağı öyrəndilər. Ermənilərdən fərqli olaraq Azərbaycan xalqı 1990-cı ilin yanvarında mübarizə apararaq müstəqilliyini qazana bildi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti xalqı birləşdirən konsepsiyaya sahibdir və qəhrəmanlarının qanı ilə möhürlənmiş dövlətləri var.

Eyni fədakarlığı Ukrayna xalqının da etdiyini bildirən müəllif bu ölkənin də insanlarının azad, suveren şəkildə yaşadıqları qeyd edir. On il bundan əvvəl martın 1-də Ermənistanda azadlıq hərəkatına start verildiyini diqqətə çatdıran jurnalist vurğulayır ki, bunun heç bir nəticəsi olmadı, erməni xalqının qanı tökülsə də Serj Sarkisyan prezidentlik postundan getmədi. Jirayr Sefilyan, Armen Martirosyan, Gevorg Safaryan kimi müxalifət liderlərinin alovlanan azadlıq mübarizəsi qısa zamanda söndü. Bu gün isə bütün nəzərlər Nikol Paşinyanın başlatdığı etiraz aksiyaları üzərində cəmləşib.(Azərtac)

Bu ölkələrin xalqları öz azadlıqları uğrunda canlarından keçdilər və müstəqil dövlətlərə sahib oldular. Ermənistanda isə heç bir azadlıq hərəkatı baş vermədi. Bu xalq müstəqillik uğrunda mübarizənin nə olduğunu bilmədi.

Bu fikirlər Ermənistanın “Armeniareport” saytında yayılmış məqalədə yer alıb. Müəllif yazır ki, 90-cı illərin əvvəllərində başlayan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, bu, milli azadlıq hərəkatı deyildi. Bu münaqişə azadlıq hərəkatı ilə bağlı söylənilən fikirlərin əksinədir. Bu müharibədə çoxlu sayda erməni öldü. Serj Sarkisyanın “Qarabağ gələcəyin azad həyatıdır” fikrini xatırladan jurnalist vurğulayır ki, azad həyatın nə olduğunu bilməyən ermənilər mənasız yerə həyatları ilə vidalaşdılar.

Məqalədə qeyd olunur ki, Sovet İttifaqı dağıldıqdan sonra ermənilər qeyri-müstəqil şəraitdə, yoxsulluq içində yaşamağı öyrəndilər. Ermənilərdən fərqli olaraq Azərbaycan xalqı 1990-cı ilin yanvarında mübarizə apararaq müstəqilliyini qazana bildi. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti xalqı birləşdirən konsepsiyaya sahibdir və qəhrəmanlarının qanı ilə möhürlənmiş dövlətləri var.

Eyni fədakarlığı Ukrayna xalqının da etdiyini bildirən müəllif bu ölkənin də insanlarının azad, suveren şəkildə yaşadıqları qeyd edir. On il bundan əvvəl martın 1-də Ermənistanda azadlıq hərəkatına start verildiyini diqqətə çatdıran jurnalist vurğulayır ki, bunun heç bir nəticəsi olmadı, erməni xalqının qanı tökülsə də Serj Sarkisyan prezidentlik postundan getmədi. Jirayr Sefilyan, Armen Martirosyan, Gevorg Safaryan kimi müxalifət liderlərinin alovlanan azadlıq mübarizəsi qısa zamanda söndü. Bu gün isə bütün nəzərlər Nikol Paşinyanın başlatdığı etiraz aksiyaları üzərində cəmləşib.(Azərtac)

Kateqoriya : SİYASƏT Baxış sayı : 462

QHT və MEDİA

2019-06-27 07:40:15

QHT və MEDİA
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın Rus...

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...