MÜSAHİBƏ
A- A A+

Rafiq Quliyev: “Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən müxtəlif filmlərin çəkilişinə başlanmalıdır”

2018-04-18 22:40:56

Azərbaycanın teleməkanında gedən proseslər, hazırlanan müxtəlif səpkili verilişlər, şou proqramlar, nümayiş olunan seriallar əslində vətəndaş olaraq hər birimizi düşündürür

Dünyada gedən proseslərin, münaqişə faktoruun, müxtəlif psixoloji gərginliklərin və nəhayət bütün bunların kövrək cəmiyyətimizə təsiri təbii ki, az deyil. Azərbaycan tamaşaçısının rəğbətini deyil, şit, intelektsiz davranışı ilə tamaşaçını bezdirən aparıcılardan, bayağı şoulardan qurtulmaq zərurətə çevrilir. Ancaq nə etmək olar teleməkanda belə problemlər hələ də qamaqdadır. Tanınmış rəssam,tədqiqatçı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev teleməkanda yayımlanan şou proqramlarla bağlı fikirlərini açıqlayıb:

-Telekanallarda yayımlanan verilişlər, xüsusilə, şou proqramlarla bağlı onu deyə bilərəm ki, bu şou verilişlər insanlara təhqirdir. Hər şeyin əndazəsi var. Şou proqramlarda bəzi şəxslər özlərini apara bilmirlər. Küçədə özlərini necə aparırlarsa, həmin fornada telekanala çıxırlar. Evlərində, başqa məkanlarda nə danışırlar, hansı formada tərbiyyəsiz davranırlar, həmin fikri, efirə yaraşmayan sözləri efirə gətirirlər. Bəzi şou verilişlərdə mədəniyyət, davranış qaydaları, xalqın milli ənənələri yaddan çıxır. Burada aparıcılarda günahkardır, onlara icazə verən, efirə buraxan şəxslərdə günahkardır. Diqqətlə fikir verəndə görürsən savad, mütaliə, elementar mədəniyyət bu şəxslərdə yoxdur. Bunların qarşısı alınmalıdır. Savadsızın, özünü idarə edə bilməyənin televiziyada nə işi var? Biz müharibə şəharitində yaşayırıq. Gənc nəsli bu tip aparıcılarla necə tərbiyələndirmək, maarifləndirmək olar?

-Bəs nə təklif edərdiniz?

-Teleməkanda vətənpərvərlik ruhunu qaldıran verilişlərə, musiqilərə birmənalı şəkildə yer vermək lazımdır. Şit, bayağı şoulardan, musiqilərdən uzaqlaşmaq lazımdır. Şou proqram aparıcılarının maarıflənməsinə, peşəkarlaşmasına ehtiyac var. Telekanal rəhbərləri işçini işə götürəndə bu keyfiyyətləri nəzərə almalıdırlar. Pul, reklam xatirinə tv verilişini bazara çevirmək olmaz. Azərbaycan xalqının qəhrəmanlıq tarixini əks etdirən müxtəlif filmlərin çəkilişinə, mütəmadi olaraq millətin tarixi ilə bağlı verilişlərin hazırlanmasına başlanmalıdır.

-Qəhrəmanlarınızın keçdiyi döyüş yolu, Qarabağ döyüşlərində misilsiz xidmətlər göstərən əsgərlərimizin qəhrəmanlığı, 4 günlük aprel döyüşlərində Azərbaycan Ordusunun şücaəti ən yaxşı film ssenarisi ola bilməzmi?

-Təbii ki, olar. Müharibə ədəbiyyatı və filmləri yaranmalıdır. Bu boşluqları ancaq peşəkar səviyyədə çəkiləcək filmlər doldura bilər. “Fəryad” filmi, bundan əlavə Aqil Abbasın ssenarisi əsasında çəkilən “Dolu” filmi və digər müharibədən bəhs edən filmlərimiz var. Bu sahədə işlər gedir. Mənim qənaətimcə, belə filmlərin çəkilişi sürətlənməlidir. Müharibə ədəbiyyatı yaranmalıdır. Çünki belə sənət nümunələri insan şüuruna, gənclərimizin dünyagörüşünə müsbət təsir edir. Təbii ki, bütün bunların təşəkkül tapması, yəni müharibə ədəbiyyatı, filmləri zamanla bağlı məsələlərdir. Heç şübhəsiz ki, zaman keçdikcə bu sahədə ədəbiyyat nümunələri daha çox yaranacaq.

Fact-info.az


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 1356

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...