MƏDƏNİ
A- A A+

"Ozan dünyası"

2015-07-04 09:20:05

"Elm və təhsil" nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin (AAB) ədəbi orqanı olan "Ozan dünyası" ədəbi-bədii jurnalının yeni nömrəsi çapdan çıxıb

Nəşrin 2015-ci il üçün ikinci nömrəsində əməkdar mədəniyyət işçiləri Aşıq Mahmudun 80, Əhliman Rəhimovun isə 60 illik yubileyi ilə bağlı Birliyin sədri, xalq şairi Zəlimxan Yaqubun təbriki, "Dövlətin və xalqın böyük qiymət verdiyi ustad aşıq", "Əhlimanın meydanı hər zaman genişdir", "Vətəndaş qeyrətli aşıq" sərlövhəli yazılar dərc edilib.

Jurnalda filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev haqqında Əbülfət Mədətoğlunun "O ürəyimdə qeydiyyatdadı. Hər kəsin tanıdığı insan" və xalq şairi Səməd Vurğun haqqında Leyla Kərimovanın "Aşıq sənəti Səməd Vurğun poeziyasının milli koloriti kimi" və digər elmi məqalələr də yer alıb. Tanınmış folklorşünas alim Məhərrəm Qasımlının "Orxan Paşa" poetik imzası ilə yazdığı yeni şeirləri də poeziyasevərlərə təqdim olunub.
Jurnalda, həmçinin şair Məmməd Dəmirçioğlunun tanınmış aşıq Avdı Qaymaqlı haqqında yazdığı "Aşıq Avdı Qaymaqlının mənzərəsi" sərlövhəli yazısı və tanınmış aşıqların yaradıcılığından nümunələr də yer alıb.
Öz ənənəsinə sadiq qalan jurnal unudulmaqda olan aşıqların yaradıcılığı və Aşıq Avdı Qaymaqlının adı ilə bağlı olan "Aşıq Avdı və Mehriban" dastanını da oxuculara təqdim edib.

 


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1425

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...