QHT və MEDİA
A- A A+

Macarıstanda Cümhuriyyətin 100 illiyi münasibəti ilə tədbir keçirilib

2018-04-18 09:45:22

Macarıstanın Szeget şəhərində fəaliyyət göstərən Szeget universitetində Beynəlxalq Mədəniyyət Gecəsi (İnternational Cultural Evening) keçirilib

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, 230 qonağın iştirakı ilə keçirilən tədbirdə xarici tələbələr öz milli musiqi və rəqslərini nümayiş etdirib, habelə kulinariya müsabiqəsində iştirak ediblər. Adıçəkilən universitetdə təhsil alan azərbaycanlı tələbələr də tədbirə qatılaraq milli rəqslərimizi və mətbəximizin nümunələrini təqdim ediblər.

Müslim Maqomayevin “Azərbaycan” mahnısının canlı ifası ilə çıxışına başlayan azərbaycanlı tələbələr, Tofiq Quliyevin “Biz mehriban ailəyik” mahnısı ilə gecəyə xoş əhval-ruhiyyə qatıblar. Sonra tələbələrimiz milli rəqsimiz olan “Yallı” haqında qonaqlara ətraflı məlumat verərək, bu musiqinin sədaları altında rəqs nömrəsi ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində və səfirliyin dəstəyi ilə təşkil edilmiş tədbir zamanı milli guşədə nümayiş edilmiş Azərbaycan haqqında kitab, broşür və digər çap məhsulları, xüsusilə də milli mətbəximizin nümunələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 930

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...