SİYASƏT
A- A A+

İƏT-in Düşənbə kommunikesində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlıq ifadə olunub

2018-04-18 08:55:05

Tacikistanın paytaxtı Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 23-cü iclası keçirilib

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tacikistana səfər əsnasında nazir müavini Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov ilə görüşüb. Səmimi dostluq şəraitində keçirilən görüşdə ölkələrimiz arasında ənənəvi tərəfdaşlıq münasibətləri qeyd olunaraq, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq müzakirə olunub. İƏT-in iclasında çıxış edən M.Məmməd-Quliyev İƏT çərçivəsində Azərbaycanın fəal iştirakı və üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı dəstəklədiyini, praktiki əməkdaşlığın gücləndirilməsinə xidmət edən bir sıra təşəbbüslər irəli sürdüyü, regional nəqliyyat dəhlizləri layihələrini təşviq etdiyini qeyd edərək, ölkəmizdə mövcud olan siyasi, iqtisadi sabitlik və həyata keçirilən islahatlar barədə məlumat verib. İƏT xarici işlər nazirlərinin 23-cü iclasının nəticəsi olaraq Düşənbə kommunikesi qəbul olunub.

Sənəddə İƏT regionunda həll edilməmiş münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişaf və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə olunaraq, bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Sənəddə ölkəmizin iştirak və təşviq etdiyi Bakı-Tbilisi-Qars dəmir yol xətti, Şimal-Cənub nəqliyyat dəhlizi, habelə, Bakı-Ceyhan neft kəməri, genişləndirilmiş Bakı-Ərzurum təbii qaz kəməri, Azərbaycan-İran-Rusiya elektrik ötürmə xətti kimi irimiqyaslı regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 390

QHT və MEDİA

2019-03-21 19:10:44

QHT və MEDİA
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...
Əli Həsənov: Nursultan Nazarbayevin qəra...

Qazaxıstan və Azərbaycan ortaq tarixi, mədəniyyəti, ənənələri bölüşən qardaş ...

2019-03-20 12:10:55

QHT və MEDİA
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...
Şura rəhbərliyi şəhid ailəsini ziyarət e...

Prezident İlham Əliyevin yürütdüyü sosial siyasəti, şəhid ailələrinə diqqət v...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-23 09:50:08

İQTİSADİ
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...
SOCAR vitse-prezidenti: "OPEC+ razılaşma...

Azərbaycanın OPEC və təşkilata daxil olmayan ölkələrin razılaşmasında iştirak...

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...