SOSİAL
A- A A+

Aşağı Ağcakənddə xeyriyyə mərasimi keçirilib

2018-04-17 09:25:02

.

“Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədr müavini Dilbər Sultanova, Xocalı Mərkəzi rayon Xəstəxanasının Baş həkimi Aqil Məmmədov, Gəncədə fəaliyyət göstərən “Şans” Tibb Mərkəzinin və Bakıda fəaliyyət göstərən Türkiyəli iş adamı Mehmet Akbiyikin, Bakıda fəaliyyət göstərən “ARMY Super market”in işgüzar kollektivinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı rayonundan olan məcburi köçkünlərin övladları və ya nəvələri üçün sünnət mərasimi keçirilib.Tədbiri Xocalı Mərkəzi rayon Xəstəxanasının Baş həkimi, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Gəncə Regional Departamentinin rəhbəri, Qarabağ qazisi Aqil Məmmədov açdı. Azərbaycanın Dövlət Himni səsləndi. Aqil həkim tədbir iştirakçılarını salamladı və bu xeyirxah işə dəstək duran hər bir şəxsə öz təşəkkürünü bildirdi.

Xocalı rayon İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov təşkilatçıların hər birinə rayon rəhbərliyi adından təşəkkür etdi. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elman Məmmədov, Respublikanın Xalq Artisti Ağadadaş Ağayev, Tanınmış müğənni Cavad Rəcəbov, Türkiyəli iş adamı Mehmet bəy Akbiyik, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, Qarabağ qazisi Şamil Sabiroğlu, “Lider” Televiziyasında efirə gedən “Xeyirli axşamlar” verilişinin layihə rəhbəri Zərifə Çobanzadə, “Şans”Tibb Mərkəzinin direktoru Malik Abasov, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı və başqaları bu xeyriyyə aksiyasının mühüm əhəmiyyətini qeyd etdilər.

Xocalı şəhər Musiqi məktəbinin kollektivi rəngarəng konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış etdilər.Bədii rəhbər Rüstəm Hümbətov, ifaçılar- İsmayıl Məmmədov, Vüsalə Hümbətova, Flora Cavadova,qarmon ifaçısı İqbal Qəhrəmanov, nağarada Elnur Əliyev, habelə, Respublikamızın Xalq Artisti Ağadadaş Ağayev, tanınmış müğənni Cavad Rəcəbov, meyxana ustası Tərlan Novxanılı və başqaları tamaşaçılara xoş əhval-ruhiyyə bəxş etdilər. Sonda biz, sünnət mərasimini təmənnasız keçirən “Şans”Tibb Mərkəzinin kollektivinə, xüsusən də, Malik Abasov,İlkin Həsənov, Sədaqət Abasova, Qoşqar Məhərrəmov, Mahir həkim, Slavik həkim, Nofəl həkim və digər ağxalatlılara təşəkkür edirik.

Şamil Sabiroğlu, “Tərəqqi”medalının mükafatçısı, Qarabağ qazisi,

Xəyalə Əliyeva, Şamilə Şamilqızı. Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsi.


Kateqoriya : SOSİAL Baxış sayı : 368

QHT və MEDİA

2018-04-26 15:50:56

QHT və MEDİA
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...

Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkə...

2018-04-26 08:30:14

QHT və MEDİA
Komitə sədri xaricdəki azərbaycanlılara ...
Komitə sədri xaricdəki azərbaycanlılara ...

APA-nın məlumatına görə, müraciətdə bildirilir: “Əziz dostlar və xaricdə yaş...

CƏMİYYƏT

2018-04-26 09:05:06

CƏMİYYƏT
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...

İlk növbədə, bu səbəblər onunla bağlıdır ki, Serj Sarkisyanın yaratdığı rejim...

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...