SİYASƏT
A- A A+

"Ermənistanın təcriddən yeganə çıxış yolu işğala son qoymasıdır"

2018-04-17 08:50:37

.

"Hakimiyyətdə olduğu müddətdə dövlətin inkişafı və xalqın rifahının yaxşılaşması ilə bağlı heç bir nəticə əldə etməyən Ermənistan rəhbərliyi görünür, qarşıdan gələn hakimiyyət dəyişikliyi ərəfəsində müsahibələr və propaqanda vasitəsilə bunu kompensasiya etməyə çalışır". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Serj Sarkisyanın Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, son on il ərzində Ermənistanın xarici borcu sürətlə artaraq, 7 milyard ABŞ dolları həcminə yaxınlaşır:

“Bu rəqəm milli qanunvericilikdə xarici borcun Ümumi Daxili Məhsula nisbətində qoyulmuş həddi aşıb. İşsizlik 18,9%, yoxsulluq 32% təşkil edir. Reallıqda isə bu rəqəmlər daha yüksəkdir. Ölkə demoqrafik böhran şəraitindədir. Bu real sosial-iqtisadi mənzərinin fonunda hansısa iqtisadi inkişafdan danışmaq yalnız xülyadır”. H. Hacıyev qeyd edib ki, müsahibədə S. Sarkisyan ölkəsinin özünütəcrid vəziyyətində olmasını etiraf edir:

“Azərbaycana qarşı yürütdüyü təcavüz və işğal siyasətinə və digər qonşu dövlətlərə qarşı ərazi iddialarına görə Ermənistan bu gün geosiyasi və geoiqtisadi baxımdan özünütəcrid vəziyyətindədir. Ermənistan BMT Nizamnaməsi əsasında üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Azərbaycana qarşı gücdən istifadə edərək Azərbaycanın suveren ərazilərinin 20 faizini işğal edib və işğal olunmuş ərazilərdə yaşayan köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törədib. İşğala məruz qaldığı halda, işğalçı dövlətlə danışıqlar aparmaq Azərbaycan tərəfindən nümayiş etdirilən ən böyük güzəştdir. Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır. 2016-cı ilin aprel döyüşləri bir daha göstərdi ki, işğal faktının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun davam etməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam edir”. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, Ermənistanın düşdüyü geosiyasi və geoiqtisadi təcrid vəziyyətindən yeganə çıxış yolu Azərbaycana qarşı işğala son qoyması, qonşu dövlətlərlə sivil münasibətlər qurmasıdır:

“Əks təqdirdə, Ermənistanın sosial-iqtisadi və demoqrafik vəziyyətinin daha da ağırlaşması qaçılmazdır, iqtisadi və sosial qanunauyğunluqdur. Ermənistan rəhbərliyi nə qədər bunu tez dərk edərsə, bir o qədər tez Ermənistan əhalisi üçün yaxşı olar”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 730

QHT və MEDİA

2019-12-04 20:55:38

QHT və MEDİA
Birinci vitse-prezident Mehriban Əliyeva...
Birinci vitse-prezident Mehriban Əliyeva...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın...

2019-12-04 09:55:35

QHT və MEDİA
"Parlament seçkilərinin keçirilməsi təkl...
"Parlament seçkilərinin keçirilməsi təkl...

Yeni AZƏRBAYCAN partiyası (YAP) parlamentdə təmsil olunan üzvlərinə parlament...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...

2019-11-28 18:05:33

İQTİSADİ
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...
Beynəlxalq Maliyyə İnstitutları Azərbayc...

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) noyabrda açıqladığı “2019-2020...