İQTİSADİ
A- A A+

UNEC ilə Türkiyənin İnönü Universitetinin alimləri birgə tədqiqat aparacaqlar

2018-04-16 21:45:12

UNEC ilə Türkiyənin İnönü Universiteti arasında təhsil və tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb

Sənədə əsasən, tərəflər müəllim, bakalavr, magistr, doktorant və tədqiqatçıların mübadiləsini həyata keçirəcək, o cümlədən, ortaq elmi araşdırmalar aparacaq, birgə elmi nəşrlər üzərində çalışacaq, seminar və konfranslar təşkil edəcəklər.

Rektor, professor Ədalət Muradov İnönü Universitetinin rektoru, professor Ahmet Kızılayın rəhbərlik etdiyi nümayəndə heyətinə UNEC-in inkişaf strategiyasının istiqamətlərindən söz açıb, dünyanın tanınmış universitetləri ilə həyata keçirilən ikili diplom proqramları barədə məlumat verib.

UNEC-lə tanışlıqdan məmnunluğunu bildirən professor, Ahmet Kızılay İnönü Universitetinin UNEC-in zəngin təcrübəsindən yararlanmaq istədiyini bildirib. O, UNEC-in magistratura və doktorantura təhsilini yüksək qiymətləndirərək, bu sahədə əməkdaşlığın onlar üçün faydalı olacağını bildirib. Görüşdə elmi-tədqiqat sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Texniki peşələr üzrə kadr hazırlığında birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Tərəflər Mevlana mübadilə proqramının genişləndirilməsi və Erasmus+ mübadilə proqramında əməkdaşlıq imkanlarını müzakirə ediblər.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 116

QHT və MEDİA

2018-04-26 15:50:56

QHT və MEDİA
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...

Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkə...

2018-04-26 08:30:14

QHT və MEDİA
Komitə sədri xaricdəki azərbaycanlılara ...
Komitə sədri xaricdəki azərbaycanlılara ...

APA-nın məlumatına görə, müraciətdə bildirilir: “Əziz dostlar və xaricdə yaş...

CƏMİYYƏT

2018-04-26 09:05:06

CƏMİYYƏT
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...

İlk növbədə, bu səbəblər onunla bağlıdır ki, Serj Sarkisyanın yaratdığı rejim...

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...