QHT və MEDİA
A- A A+

Şərqdə sivil yaşam tərzinin tənəzzülü

2018-04-16 19:45:01

.

ABŞ və müttəfiqləri tərəfindən Suriyanın bombalanması III Dünya müharibəsinə gətirib çıxaracaq iddiası bu gün gündəmi zəbt edib. Həmin məkanda hansı növ müharibənin baş verməsindən asılı olmayaraq, bu qənaətə gəlmək olar ki, bütün bunlar çox məkrli ssenarilərdir. Həmin ssenariləri heç şübhəsiz ki, ABŞ-ın nə sabiq prezidenti Corc Buş, nə indiki prezident Donald Tramp yazıb. Bu şəxslər ən azından prosesin icraçıları ola bilər. Təbii ki, belə qəddar planlarları yazıb icraçılara ötürən qüvvələr var.

Vaxtılə ABŞ-ın sabiq prezidenti Corc Buş İraqda oxşar siyasət həyata keçirərək Səddam Hüseynin atom silahının olduğunu əsas tutaraq həmin ölkəni bombalamışdı. Sonradan məlum oldu ki, biçarə Səddamın heç bir nüvə başlığı yoxdur. Daha sonra bu sərsəm siyasət davam etdirildi, minlərlə dinc iraqlının ölümü, şəhərlərlərin xarabalığa çevrilməsi nəticəsində Buş İraqda işğal siyasətini yekunlaşdırdı. İşğal nəticəsində əsir düşən Səddam Hüseyn insanlığa və müasir hüquq sisteminə heç cürə uyğun gəlməyən fornada cəzalandırıldı, edam edildi.

İndi oxşar proseslər Suriyada davam edir. Bəşər Əsədin kimyəvi silahdan istifadəsi əsas tutularaq Suriya bobalanır. Qədim şəhərlər viranə qalır, insanlar məhv edilir. On min kilometr uzaqdan, okeanın o tayından bu regiona demokratiya, sabitlik yapmağa gələn bu şəxslər görəsən nə zaman anlayacaqlar ki, belə addımlar sivil siyasətin, sivil yaşam tərzinin tənəzzülünə gətirib çıxarır.

Şərqdə, müsəlman düunyasında gedən bu proseslərə etinasız yanaşmaq mümkün deyil. Axı demokratiya top-tüfənglə, silhala yox, təkamül yolu ilə, yüksək təhsillə, cəmiyyətin intellektual səviyyəsinin inkişafı ilə mümkün olar. Ancaq müşahidilər göstərir ki, bunların məqsədi demokratik cəmiyyətin, sadə suriyalıların təhlükəsizliyinə dəstək olmaq deyil. Geopolitik maraqlara, regionun sərvətlərinin yenidən bölüşdürülməsinə xidmət edən digər layihə, oxşar ssenarilər bu gün Suriyada davam edir.

Dünyanın ən zəngin neft ölkələrindən olan İraq, Liviya bu fəlakətlərdən qaça bilmədi. İndi Suriya oxşar aqibətlə üzləşib. Vaxtılə Suriyada terrorçu dəstələr, o cümlədən İŞİD tərəfindən dinc insanlara qarşı amansız qətllər törədilirdi. O zaman Amerika və onun müttəfiqləri həmin terrorçuları zərərsizləşdirmək əvəzinə çox mənasız bəyanatlar səsləndirirdilər. Bu gün Suriyada terrorçuların xeyli sıxışdırıldığı məqamda həmin super güclərin hərbi əməliyyatlara keçməsinin səbəbi odur ki, orada mövcudluqlarını qoruyub saxlasınlar. Gələcəkdə həmin regionda söz sahibi kimi qalsınlar.

Demokratiyanın, beynəlxalq hüququn super güclərin əlində dəyənəyə çevirilməsi fəlakətdir. Bu fəlakətdən və yaranmış fürsətdən istifadə edib dünyanın iqtisadi xəritəsinin yenidən çəkilməsinə, Orta Şərqdə zəngin resursların bölüşdürülməsinə can atmaq regionda münaqişlərin hələ uzun müddət uzanacağına işarədir. Belə ədalətsiz münasibət hər zaman separatizmin genişlənməsinə stimul verir. Bütün bunlara dünyanın gələcək taleyinin konteksində yanaşmaq lazımdır.

Demokratiyadan, bəşəri azadlıqlardan dəm vuran ABŞ və onun müttəfiqləri separatizmə nədənsə dəstək olurlar. Dağlıq Qarabağda erməni separatçılarının, terror dəstələrinin başçısıları Avropa ölkələrinin paytaxtların mütəmadi olaraq səfərlər edirlər. Onların bəzi rəsmi dairələrdə görüşləri baş tutur. Hətta ABŞ birbaşa hər il Dağlıq Qarabağdakı həmin cinayətkar rejimə vəsait ayırmağı unutmur. Bu gün Suriyada Bəşər Əsəd cinayətkar elan olunub ona qarşı ciddi addımlar atılır. Bəs, Dağlıq Qarabağda minlərlə dinc azərbaycanlının qətlinə bais olan Ermənistanın sabiq prezidentləri Serj Sarkisyana, Robert Köçəryana və digər yanlara qarşı belə sərt addımlar niyə atılmır? Axı beynəlxalq hüququn qarşısında hamının bərabər öhdəliyi və məsuliyyəti var.

Bu gün istər Rusiya, istərsə də ABŞ və onun müttəfiqləri olsun, bu dövlətlərin hər biri separatizmə və münaqişlərin uzanmasına dəstək olurlar. Aydın görünür adı çəkilən bu ölkələr bu prosesdə israrlıdırlar. Heç şübhəsiz ki, belə bumeranq effektli siyasət bir gün onlarının özlərinə qayıdacaq, qapılarını döyəcək. Dünyada və Cənubi Qafqazda separatçılığa dəstək verən böyük, riyakar güclərin çöküşü o zaman sürətlənəcək. Həmin riyakar qüvvələrin təsirindən uzaq düşmək üçün biz cəmiyyət olaraq, dövlət olaraq daha güclü olmalıyıq.
Əkrəm Bəydəmirli


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 850

QHT və MEDİA

2018-04-26 15:50:56

QHT və MEDİA
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...

Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkə...

2018-04-26 08:30:14

QHT və MEDİA
Komitə sədri xaricdəki azərbaycanlılara ...
Komitə sədri xaricdəki azərbaycanlılara ...

APA-nın məlumatına görə, müraciətdə bildirilir: “Əziz dostlar və xaricdə yaş...

CƏMİYYƏT

2018-04-26 09:05:06

CƏMİYYƏT
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...

İlk növbədə, bu səbəblər onunla bağlıdır ki, Serj Sarkisyanın yaratdığı rejim...

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...