SİYASƏT
A- A A+

“AŞPA-nın Azərbaycanla bağlı bir sıra ədalətli qərarları var”

2015-07-03 09:35:07

“Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı olan və ölkəmizi dəstəkləyən dövlətlər var. Bununla belə, qərəzli mövqedə dayanan deputatlar da mövcuddur”.

Fact-info.az  Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

O qeyd edib ki, burada bizə qarşı AŞPA rəhbərinin mövqeyi də birmənalı deyil.
Millət vəkili bildirib ki, AŞPA-nın yay sessiyasında səsləndirilən fikirlər erməniləri dəstəkləməkdən başqa bir şey deyildi. 
R.Rzayevin sözlərinə görə, erməniləri dəstəkləyən qüvvələrin, erməni lobbisinin bütün səyləri nəticəsində onlar prosedur qaydalarından kənar hərəkət edə bildilər. 
O, deyib ki, bunların da hər biri ondan ibarətdir ki, orada Azərbaycanın bir çox uğurları var: “Ölkəmizin xarici siyasəti nəticəsində AŞPA-nın Azərbaycanla bağlı bir sıra ədalətli qərarları var. Xüsusilə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərdə. Bütün bunların müqabilində ermənilər yanaşmalarını başqa cür qurdular. Onlar qaydalardan, beynəlxalq hüquqdan kənar Azərbaycanla bağlı bəndi dəyişib özlərinin xeyrinə yumşaltmaq istiqamətində iş apara bildilər. Amma buna baxmayaraq haqq-ədalət hər zaman Azərbaycanın tərəfində olub”.

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 768

QHT və MEDİA

2018-12-12 11:00:04

QHT və MEDİA
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...
Vladimir Suxoy: "Heydər Əliyev Azərbayca...

Bu sözləri "Moskva-Bakı" xəbər portalına müsahibəsində rusiyalı telejurnalist...

2018-12-12 17:35:45

QHT və MEDİA
Heydər Əliyevin xarıci sıyasət kursu və ...
Heydər Əliyevin xarıci sıyasət kursu və ...

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin in...

CƏMİYYƏT

2018-12-12 09:40:41

CƏMİYYƏT
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...
“Zamana şöhrətdir sənin qüdrətin” kitabı...

Pedaqogika üzrə fəlsəfə doktoru, şair Əziz Musanın aparıcılığı ilə reallaşan ...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...