QHT və MEDİA
A- A A+

Azərbaycanlı tələbələr sabiq erməni diplomatının yalanlarını ifşa etdilər

2018-04-16 09:25:05

Ermənistan Respublikasının sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistan Milli Tədqiqatlar Assosiasiyasının dəstəyi ilə Harvard Universitetində təşkil olunan tədbirdə bir qrup tələbənin qarşısında çıxış edib

Sabiq diplomatın çıxışının mövzusu “Beynəlxalq hüquq üzrə öz müqəddəratını təyinetmə. İki münaqişə haqqında: Kosovo və Dağlıq Qarabağ” olub. Oskanyan öz məruzəsində Kosovo və Dağlıq Qarabağ üzrə dəlillər gətirməklə, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalına xalqın öz müqəddəratını təyinetmə hüququ kimi bəraət qazandırmağa çalışıb, məhz “nicat sesessiya” (remedial secession) nəzəriyyəsinə, beynəlxalq hüquqa özünün selektiv interpretasiyası ilə istinad edib. Erməni millətçilərinin otuz illik cəfəngiyyatını təkrarlayan Oskanyan unudub ki, “nicat sesessiya”sı deyəndə bir qrup insana qarşı müəyyən ədalətsizlik və təzyiq göstərilərkən həmin qrupun ümumi hüququ başa düşülür və bu zaman vəziyyətin düzəldilməsi üçün sesessiya son qərar olur. Əgər ermənilər keçmiş DQMV-də muxtar vilayətin tarixi boyu bütün siyasi hüquq və özünüidarədən tam yararlanıblarsa və Azərbaycanın digər hissəsinə nisbətən iqtisadi üstünlüyə malik olublarsa, hansı sesessiyadan söhbət gedə bilər?

Oskanyan hazırkı separatçı hərəkatlara, o cümlədən kürd və Kataloniya referendumlarına toxunaraq onları legitim adlandırıb. Kosovo təcrübəsinə istinad edərək, həmçinin bildirib ki, Ermənistan və oyuncaq “DQR” (Yerevanın işğal etdiyi ərazilərdə yaradılmış marionet rejimi) BMT Beynəlxalq Məhkəməsinə öz işini təqdim etmək və müdafiə etmək baxımından sanballı arqumentlərə və qalib gəlmək üçün real şanslara malikdir. Oskanyan öz çıxışında Dağlıq Qarabağın Azərbaycana qaytarılmasının mümkün olmadığını dəfələrlə bəyan etdi. Erməni diplomatı tədbirdə iştirak edən iki azərbaycanlı tələbənin – Harvard Universitetindən Həbib Abdullayevin və Massaçusets Texnologiya İnstitutundan Samir Qurbanovun suallarına cavab verə bilməyib.

Suallardan biri bu mövzuda olub: Oskanyanın xarici işlər naziri olduğu dövrdə Ermənistanın sabiq prezidenti Koçaryan işğal edilmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsində daim israr edirdi, separatçıların indiki lideri Bako Saakyan da aşkar şəkildə bildirib ki, Qarabağ “sonda Ermənistana birləşdiriləcək”. Bundan başqa, Ermənistan parlamenti hələ 1989-cu ildə Azərbaycanın Dağlıq Qarabağ regionunun ilhaqı barədə qeyri-qanuni və konstitusiyaya zidd qərar qəbul etmiş və sonra bu maddə hətta Ermənistan Respublikasının Konstitusiyasına daxil edilmişdi. Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Çıraqov və digərlərinin Ermənistana qarşı” işində müəyyən etmişdi ki, məhz “Ermənistan Dağlıq Qarabağa həlledici təsir göstərir və onun üzərində effektiv nəzarəti həyata keçirir”. “Yuxarıdakı faktlar və məhkəmənin qərarı nəzərə alınarsa, Ermənistan qüvvələri Qarabağa nəzarət edirlərsə və qonşu suveren dövlətin ərazisinin bilavasitə ilhaqına cəhd varsa, hansı “öz müqəddəratını təyinetmədən” söhbət gedə bilər?”, - deyə azərbaycanlı tələbə soruşub.

Tələbələrin, həmçinin keçmiş DQMV-dən kənardakı rayonların işğalı ilə bağlı sualı sabiq diplomatı çaşdırıb. Ondan bu məsələni də izah etməsini xahiş ediblər ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi olduğu halda, keçmiş DQMV-yə bitişik 7 rayonunun işğalına və ondan danışıqlar aparılmasının subyekti qismində istifadə edilməsinə beynəlxalq hüquqa müvafiq olaraq necə haqq qazandırıla bilər? Tələbələrimizin sadaladıqları faktları qulaqardına vuran Oskanyan yalnız İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” işinə toxunub və onu “hüquqi öhdəliklər daşımayan qərar” adlandırıb.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 82

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...