SOSİAL
A- A A+

Xarici mətbuat Azərbaycanda keçirilmiş prezident seçkilərindən yazıb

2018-04-16 09:15:55

Bəhreynin “Bahrain News Agency” (BNA) dövlət informasiya agentliyinin internet səhifəsində və Omanın nüfuzlu qəzetlərindən olan “Oman Daily” qəzetində Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı məqalələr yayımlanıb

BNA-nın rəsmi saytında yerləşdirilən “Azərbaycan Prezidenti soydaşlarını təbrik edir” sərlövhəli məqalədə seçkilərin ilkin nəticələrinin elan olunmasından sonra Prezident İlham Əliyevin televiziyada xalqa müraciətindən sitatlar təqdim edilib. Məqalədə Azərbaycan xalqının bu seçkilərdə də Prezident İlham Əliyevə böyük etimad göstərdiyi vurğulanıb. Həmçinin Prezident İlham Əliyevin dəstəyə görə xalqımıza minnətdarlığını bildirməsi, bu etimadın ölkəmizin inkişafı üçün əsas olduğunu qeyd etməsi oxucuların diqqətinə çatdırılıb.

“Oman Daily” qəzetində dərc olunan “İlham Əliyev yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçildi” sərlövhəli yazıda isə seçkilərdə hazırkı dövlət başçısı İlham Əliyevin səslərin 86,03 faizini toplayaraq 2025-ci ilə qədər Azərbaycan Respublikasının Prezidenti seçildiyi diqqətə çatdırılıb. Habelə səsvermədə seçicilərin 74 faizinin iştirak etdiyi qeyd olunub.

Qəzetdə yayımlanan “Oman Sultanı Azərbaycan Prezidentini təbrik etdi” sərlövhəli digər məqalədə isə Oman Sultanı Qabus bin Səidin Azərbaycan Prezidenti İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik etdiyi bildirilib. Yazıda Azərbaycan və Oman xalqları arasında dostluq münasibətlərinin daim inkişaf etdiyi də vurğulanıb.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 1028

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...