MÜSAHİBƏ
A- A A+

Elman Nəsirov: ATƏT DTİHB-nin seçki hesabatı sifariş əsasında hazırlanıb

2018-04-14 09:25:11

Aprelin 11-də Azərbaycan Respublikasında şəffaf, demokratik prezident seçkiləri keçirildi. Seçkilərin nəticələri Azərbaycan xalqının siyasi iradəsinin ifadəsidir

Bu seçkilərdə İlham Əliyev 86,03 faiz səs toplayaraq inamlı qələbə qazandı. Bu, ilk növbədə, ölkə Prezidentinin 15 il ərzində həyata keçirdiyi uğurlu daxili və xarici siyasətə xalqın verdiyi qiymətin və dəstəyin bir ifadəsidir. Seçkiləri 59 ölkə və 61 təşkilatdan 894 beynəlxalq müşahidəçi izlədi. Onların demək olar ki, hamısı birmənalı olaraq seçkiləri Azərbaycanın demokratik inkişaf yolunda növbəti addım kimi dəyərləndirdilər. Lakin bu siyahıda istisna təşkil edən qurumlar da oldu. Belə ki, ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının seçkilərlə bağlı təqdim etdiyi hesabat qərəzli və ikili standartlara əsaslanan mövqeni ortaya qoydu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

Elman Nəsirov bildirib ki, həmin qurumlar birtərəfli mövqe ortaya qoyaraq Azərbaycana qarşı qərəzli yanaşma nümayiş etdiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçilərinin elə Göyçayda, Ağdaşda müşahidələr aparan zaman seçki məntəqələri haqqında müsbət mövqedə olduqlarına mən özüm şahidlik etmişəm. Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvü olaraq bu prosesdə iştirak etmişəm və onların seçkiyə hazırlıq prosesinə verdiyi yüksək qiymətin şahidiyəm. Eyni zamanda, aprelin 11-də Qaradağ rayonunda müşahidəçi kimi seçkilərdə iştirak edirdim və yenə də ATƏT-in təmsilçilərinin seçki məntəqələrində əhalinin çox fəal şəkildə səs verdiklərini söyləmələrinə şahidlik etdim. Amma buna baxmayaraq, ilkin yekun hesabat hazırlayarkən ATƏT-dən, AŞPA-dan gəlmiş müşahidəçilər birlikdə seçkilərin nəticələrinə münasibət bildirərkən qeyri-obyektiv mövqe ortaya qoydular.

Milli Məclisin deputatı deyib: “Həmin müşahidəçilər Azərbaycanda təxminən 1300 seçki məntəqəsində olublar. Amma onlar hesabatı elə hazırlayıblar ki, seçici fəallığı, seçkilərə hazırlıq, 1000 məntəqədə veb-kameraların quraşdırılması, müşahidəçilər üçün geniş imkanların yaradılması ilə bağlı məsələlər diqqətdən kənarda saxlanılıb. Onlar seçki prosesinin həyata keçirilməsində obyektiv mühiti tənqid edirlər. Hansı seçki prosesini tənqid edə bilərlər ki, bu qədər beynəlxalq müşahidəçi dəvət edilmişdi, 60 minə yaxın yerli müşahidəçi var idi. Sizin müşahidə aparmağınız üçün heç bir maneə yox idi, özünüz də etiraf edirsiniz ki, seçki məntəqələrində həddindən artıq insan axını var idi. Bu insanlar səsverməyə bayram əhval-ruhiyyəsi ilə gedirdilər. Onlar Azərbaycanda sabitliyə, təhlükəsizliyə, inkişafa səs verdiklərini deyirdilər. Bu sabitliyi, inkişafı, tərəqqini də yaradan Prezident İlham Əliyevdir. Bu reallığı məgər görmürsünüzmü? Çox təəssüf ki, onlar özlərini görməzliyə vurdular, müsbət proseslərlə bağlı heç bir mövqe ortaya qoymadılar, ancaq seçki prosesi ilə bağlı həqiqəti təhrif edən yalanla dolu bir yanaşma ortaya qoyurlar. Bütün bunlar da təbii ki, Azərbaycan ictimaiyyətinin və media mənsublarının çox ciddi etirazına, qınağına səbəb oldu. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 1995-ci ildən bəri təxminən on dəfə Azərbaycanda seçki prosesini müşahidə edib və bu müşahidələrin nəticəsində hələ bir dəfə də olsun müsbət rəyin şahidi olmamışıq. Ya Azərbaycana gələrkən özləri ilə əvvəlcədən hazırlanmış hesabatı gətiriblər, ya da ki seçkiləri müşahidə etməkdən imtina ediblər. Bu reallığın dəfələrlə şahidi olmuşuq.

1995-ci ildən bəri onlar Azərbaycana gəlirlər. Nə qədər qeyri-obyektiv olasan ki, Azərbaycandakı inkişafı, sabitliyi, təhlükəsizliyi, seçki prosesində olan dəyişiklikləri, irəliyə atılan addımları görməyəsən. Bunları görməmək üçün insanın gözü gərək kor olsun. Məndə belə bir hiss yaranmışdı ki, yəqin bu dəfə onlar artıq bütün bunları görəcək və obyektiv rəy verəcəklər. Amma biz nəyin şahidi olduq? Sanki Azərbaycanda seçki prosesində heç bir müsbət hal yoxdur. Onlar belə bir yanaşma ilə çıxış etdilər. Bu, təbii ki, cəmiyyətimizdə narazılıq hissi doğurur. Ona görə ki, ATƏT kimi nüfuzlu təşkilat, görünür, daha böyük siyasi dairələrin əlində asılı vəziyyətdədir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna tapşırılır, sifariş verilir ki, o cür bir hesabat hazırlayın, onlar da bu addımı atırlar. Çox təəssüfləndirici bir haldır. İctimaiyyətin nümayəndələri ilə görüşlərimizdə onlar söyləyirlər ki, biz də ATƏT-dən başqa nəticələr də gözləmirdik. ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı mövqedə dayandığını çoxdan göstərib. ATƏT-in siyasətinin nəticəsidir ki, bu münaqişə həllini hələ də tapa bilmir. Ünvansız bəyanatlar verməklə məşğuldurlar, Ermənistana heç bir təzyiq imkanları yoxdur. Belə bir təşkilatın hazırladığı hesabatı müsbət gözləmək olarmı? Azərbaycan ictimaiyyəti bu məsələ ilə bağlı öz qəti mövqeyini nümayiş etdirir və ölkəmizin media mənsubları da ATƏT-in qeyri-obyektiv mövqeyinə etirazlarını ifadə edirlər”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 264

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...