QHT və MEDİA
A- A A+

Xarici media Azərbaycanda keçirilən prezident seçkilərini geniş işıqlandırıb

2018-04-14 09:10:55

Bolqarıstanın nüfuzlu media qurumları olan “Fokus” xəbər agentliyi, “Standart” qəzeti, Bolqarıstan Teleqraf Agentliyi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı silsilə xəbər və məqalələr yayıblar

“Fokus” xəbər agentliyinin internet səhifəsində “Azərbaycanda prezident seçkilərini Bolqarıstanın 44-cü Xalq Məclisinin üzvləri də daxil olmaqla, təxminən 20 müşahidəçisi izləyib” sərlövhəsi ilə verilən xəbərdə seçki prosesi və nəticələr barədə müfəssəl məlumat verilib. Beş milyon 332 min 817 seçicidən 3 milyon 962 min 123 nəfərinin səsvermədə iştirak etdiyi və seçici fəallığının 74,30 təşkil etdiyi bildirilən xəbərdə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilmiş seçkinin 60 minə yaxın yerli və beynəlxalq müşahidəçi tərəfindən heç bir maneə olmadan müşahidə olunduğu qeyd edilir. Prezident seçkilərini müşahidə etmək üçün dünyanın aparıcı KİV-ləri də daxil olmaqla, 118 xarici jurnalistin Azərbaycana səfər etdiyini xatırladan agentlik Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 1000 veb-kamera vasitəsilə onlayn rejimdə səsvermə prosesini birbaşa izləmək imkanı yaratdığını vurğulayır.

Prezident seçkilərini müşahidə etmiş 894 beynəlxalq müşahidəçinin Bolqarıstan daxil olmaqla 59 ölkəni və 61 beynəlxalq təşkilatı təmsil etməsindən bəhs edən xəbərdə seçkilərin, həmçinin 20-yə yaxın Bolqarıstan müşahidəçisi, o cümlədən Bolqarıstanın 44-cü Xalq Məclisinin üzvləri və Azad və Demokratik Seçkilər uğrunda Vətəndaş Təşəbbüsü qeyri-hökumət təşkilatının nümayəndələri tərəfindən müşahidə olunduğu vurğulanıb. Xəbərdə yerli və xarici mətbuata açıqlamalarda beynəlxalq müşahidəçilərin prezident seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq standartlara uyğun olaraq şəffaf və demokratik şəraitdə keçirildiyini bildirdikləri öz əksini tapıb. Bolqarıstanın nüfuzlu “Standart” qəzeti tərəfindən dərc olunmuş “İlham Əliyevin böyük zəfərinin arxasında Azərbaycanın uğurları var” adlı məqalədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, səsvermə nəticəsində 8 namizəd arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birinci yeri tutaraq seçicilərin 86,03 faiz səsini qazandığı vurğulanıb. Seçkilərin nəticələri məlum olandan sonra Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciət edərək ona yenidən göstərilmiş böyük etimada görə minnətdarlığını ifadə etdiyi bildirilib. Xəbərdə İlham Əliyevin Azərbaycan Respublikasının uğurlu inkişafı naminə dövlət başçısı kimi son 15 il ərzində apardığı daxili və xarici siyasətin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları və onun rifahının olduğunu qeyd edərək növbəti 7 ildəki fəaliyyətində də sabitlik, təhlükəsizlik, inkişaf və tərəqqi naminə siyasi kursunu davam etdirəcəyini vəd etdiyi ifadə olunub. Daha sonra Azərbaycanın həyata keçirdiyi transregional əhəmiyyətli enerji və nəqliyyat layihələrinə toxunulub, bu nailiyyətlərin, sadəcə, Azərbaycanın çiçəklənməsi deyil, həmçinin qonşu ölkələrin sosial-iqtisadi inkişafına böyük töhfə verdiyi və qarşılıqlı faydalı regional əməkdaşlıq üçün yeni imkanlar açdığı vurğulanıb.

Sözügedən xəbər “Standart” qəzetinin həm çap, həm də elektron versiyalarında dərc olunub.

Bolqarıstan Teleqraf Agentliyi tərəfindən dərc olunan xəbərdə seçkinin gedişatı, seçicilərin sayı və tərkibi haqqında məlumat verilərək heç bir maneə olmadan yerli və beynəlxalq müşahidəçilərin prosesi izlədiyi bildirilib və Mərkəzi Seçki Komissiyasının təmin etdiyi veb-kameraların onlayn rejimdə müşahidəyə hərtərəfli imkan yaratdığı vurğulanıb. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, seçkidə seçicilərin 86,03 faiz səsini qazanaraq birinci yer tutan Prezident İlham Əliyevin qələbədən sonra Azərbaycan xalqına müraciət edərək böyük etimada görə minnətdarlıq ifadə etdiyi və gələcək fəaliyyətində də Azərbaycanın sabitliyi, təhlükəsizliyi, inkişafı və tərəqqisi naminə çalışacağını vəd etdiyi vurğulanıb.

Agentliyin xəbərində son 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nail olduğu uğurlu demokratik inkişaf və sosial-iqtisadi tərəqqidən, eləcə də beynəlxalq səhnədə artan nüfuzundan bəhs olunub, beynəlxalq əlaqələrdə daim etibarlı tərəfdaş olan Azərbaycanın strateji tərəfdaşı olan Bolqarıstan və Avropa İttifaqı ilə əməkdaşlıq əlaqələrinə toxunulub.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 551

QHT və MEDİA

2019-07-22 09:30:10

QHT və MEDİA
Millət vəkili: Mediamız Azərbaycan həqiq...
Millət vəkili: Mediamız Azərbaycan həqiq...

İyulun 19-da Milli Mətbuatın 144 illiyi münasibətilə Dövlət Gömrük Komitəsi t...

2019-07-21 07:55:52

QHT və MEDİA
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...
Emin Həsənli: "Dövlət Sərhəd Xidmətinin ...

"Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, "Keşikçidağ"da baş verən hadisə...

CƏMİYYƏT

2019-07-23 10:10:46

CƏMİYYƏT
Qarabağ atları
Qarabağ atları

Tarixi təkamül nəticəsində Nesey atlarından əsas iki qol ayrılıb və inkişaf e...

2019-07-22 09:45:08

CƏMİYYƏT
Azərbaycan milli mətbuatının yaranmasınd...
Azərbaycan milli mətbuatının yaranmasınd...

Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası ...

İQTİSADİ

2019-07-23 12:25:23

İQTİSADİ
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...
Deputat: “Bir kəmər, bir yol” inqilabi l...

“Çinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” böyük kommunikasiy...

2019-07-19 08:40:08

İQTİSADİ
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...
Akademik Azərbaycan Xalq Cümhiriyyətini...

Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli...