SOSİAL
A- A A+

Məmur - vətəndaş münasibətlərindən elektron münasibətlərə doğru

2015-07-03 09:35:42

Layihə

Tarixi təcrübə göstərir ki dövlətin güclü və sarsılmaz olmasına təsir göstərən amillər içərisində cəmiyyətin bütün təbəqələri arasında qarşılıqlı anlaşma, hüquqa və qanunun aliliyinə hörmət, cəmiyyətin bütün təbəqələrinin hüquq və maraqlarının qanunla müəyyən edilmiş şəkildə müdafiəsi mühüm rol oynayır. 

Sivil məmur-vətətndaş münasibətlərinə əsaslanan dövlətin əsasını qanunlarla idarə olunan, hamının qanun və məhkəmə qarşısında bərabərliyini təmin edən yaxşı idarəetmədən keçir. Yaxşı idarəetmə bir tərəfdən dövlət aparatının çevik və dəqiq işləməsi ilə bərabər həm də bu aparatı işlədə bilən peşəkar məmurlar ordusunun olmasını zəruri edir. Dövlət aparatı yalnız yüksək peşəkarlığa və dövlətçilik prinsiplərinə sadiq məmurların sayəsində çevik və səmərəli şəkildə fəaliyyət göstərə bilər. Bu cür idarəetmə vətəndaşların ehtiyaclarının, onların istək və arzularının daha effektiv təminatına zəmin yaradır. İdarəetmənin və xidmətlərin keyfiyyət səviyyəsi nəticə etibarilə vətəndaşların dövlətə münasibətinin formalaşmasında həlledici amilə çevrilir. Hər bir dövlətin sivil inkişafı və güclü dövlətə çevrilməsi, ilk növbədə, qanunların aliliyinə idmət edən hüquqi dövlət quruculuğundan asılıdır.

Bir çox hallarda vətəndaşların dövlətə münasibəti onu təmsil edən və onun adından çıxış edən rəsmi şəxslərin – məmurların davranışı əsasında formalaşır. Bunu inkişaf etmiş qüdrətli dövlətlərin insan hüquqlarının qorunması ilə bağlı zəngin təcrübəsi də sübut edib. Məmurun davranışından asılı olaraq dövlətinin güclənməsinə, onun maraqlarını hər addımda müdafiə edən, bütün varlığı ilə dövlətə bağlı olan və yaxud da əksinə dövlətə və cəmiyyətə tamamilə laqeyd olan, dövləti üçün canında keçməyə hazır olmayan vətəndaş formalaşa bilər. Məmur-vətəndaş münasibətlərinin xarakteri ümumilikdə cəmiyyətin əhvali-ruhiyyəsinə, cəmiyyətdə sabitliyin təmin edilməsinə, vətəndaşların öz dövlətinə inamına əhəmiyyətli dərəcədə təsir göstərir. Müasir dünya təcrübəsinə diqqət yetirməklə yalnız dövlət (məmur)-vətəndaş münasibətlərinin civil qaydalar çərçivəsində qurulduğu dövlətlərin güclü olduğunu görmək mümkündür. 

İnsan hüquq və azadlıqlarının təmin edilməsi və yaxşı idarəetməyə keçid son illərdə Azərbaycan dövlətinin əsas prioritet istiqamətlərini təşkil edir. Həyata keçirilən institusional islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri, qanunvericiliyin təkmilləşdiirlməsi və s. kimi çoxşaxəli tədbirlərin yeganə məqsədi ölkədə müasir standartlara cavab verən idarəetməni formalaşdırmaq, insan hüquq və azadlıqlarının təminatını gücləndirməkdən ibarətdir. Hazırda ölkəmizdə qeyd edilən məqsədlərə xidmət edən üç böyük dövlət proqramı həyata keçirilməkdədir: 

I. Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur:

- İnformasiya əldə edilməsinin asanlaşdırılması

- Dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi 

- Normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi

- Dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi

- Elektron xidmətlərin təkmilləşdirilməsi və s. 

II. Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planında məmur-vətəndaş münasibətlərinə aid ola biləcək aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutlmuşdur:

- Ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi

- Dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi

- Dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması

- Etik davranış qaydalarının təkmilləşdirilməsi.

III. Elektron Hökumət və ASAN Xidmət. Bizdə bu gün “Elektron Azərbaycan” Dövlət Proqramı gerçəkləşməkdədir. Bu proqram birbaşa məmur-vətəndaş münasibətlərini elektron münasibətlərə çevirir. Elektron münasibətlər isə keçmişdəki vaxt itkisini, təmənnalığı aradan qaldırır. Ölkə başçısı Prezident İlham Əliyevin ideallarından birinə-təmiz bir Azərbaycan dünyası yaratmaq ideyasına xidmət edən “Elektron Azərbaycan” indi öz mübarizəsini göstərməkdədir. Bu proqram ölkəmizin informasiya-kommunikasiya sahəsində sosial sifarişi uğurla həyata keçirməkdədir. Bu proqram informasiya cəmiyyətinin tələblərindən doğub. İndi Azərbaycanda dövlət informasiya sistemi, elektron imza, ən əsası isə elektron sənəd, elektron xidmət kimi anlayışlar tamamilə kütləviləşib və heç kimdə təəccüb doğurmur. 

“Elektron hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsininə şərait yaradır.

Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “elektron hökumət” portalı tətbiq edilir.

Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirir. “Elektron hökumət” portal hazırlanaraq istifadəyə verilmişdir. Bütün dövlət qurumları bunlardan bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər. “Elektron hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

Son illərdə dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atılmış – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradılmışdır. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. 

Məmur vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması cənab Prezidentin diqqət verdiyi mühüm məsələlərdəndir. Təsadüfi deyildir ki, cənab Prezident bu məsələnin əhəmiyyətini nəzərə alaraq mütəmadi olaraq məmurlara vətəndaşlara xidmətin keyfiyyətini yaxşılaşdırmağı xatrırlatmağı özünə borc bilir. 

 Məmur-vətəndaş münasibətlərinin qanunun tələbinə uyğun şəkildə olmasının vacibliyi barədə ölkə Prezidenti İlham Əliyevin kəskin çıxışları olub. Məmurlara xalqla münasibətə, vətəndaşların müraciətlərinə biganə qalmamağı tapşıran ölkə Prezidentinin bu çıxışı vətəndaşlar tərəfindən razılıqla qarşılanır. Prezident bildirib ki, bütövlükdə dövlətin qarşısında duran vəzifə də insanlara xidmət etmək, insanların problemlərinin həllinə səylər göstərməkdən ibarətdir: “Bizim hər birimizin - başda dövlət başçısı, aşağıda da bütün məmurlar olmaqla - əsas məqsədimiz xalqa xidmət etməkdir. Xalq isə insanlardır, vətəndaşlardır, onların problemləridir, odur ki, məmurun da, hər birimizin də vəzifəsi insana xidmət etməkdir, insanların problemlərinə diqqətlə yanaşmaq və onların həllinə səy göstərməkdir”.

 
 


Kateqoriya : SOSİAL Baxış sayı : 1129

QHT və MEDİA

2018-05-23 19:40:58

QHT və MEDİA
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...
Şura Azərbaycan Xalq Cümhuriyyətinin yar...

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 1918-ci ildə Az...

2018-05-23 07:55:44

QHT və MEDİA
Kaliforniya qubernatoru: Azərbaycan düny...
Kaliforniya qubernatoru: Azərbaycan düny...

ABŞ-ın Kaliforniya ştatının qubernatoru Edmund Braun Azərbaycan Xalq Cümhuriy...

CƏMİYYƏT

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

2018-05-21 08:10:20

CƏMİYYƏT
ABŞ Konqresi və “Heritage” fondunda Tran...
ABŞ Konqresi və “Heritage” fondunda Tran...

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər...

İQTİSADİ

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...

2018-05-17 08:45:07

İQTİSADİ
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlr...

Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəm...