SİYASƏT
A- A A+

Avropa İttifaqı Regional Komitəsi: Azərbaycanda seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib

2018-04-13 08:05:14

Avropa İttifaqı Regional Komitəsinin üzvlərinin müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə dair bəyanatla çıxış ediblər

Bununla bağlı təşkil olunan mətbuat konfransında missiyanın rəhbəri Uno Silberq (Estoniya) bəyanatı oxuyub.

Qeyd edilib ki, Avropa İttifaqının Regional Komitəsinin 6 nəfərdən ibarət müşahidə missiyası seçki günü səsvermə prosesini izləyib. “Biz səsvermə günü 46 məntəqədə müşahidələr apardıq. Məntəqələrdə həm yerli, həm də beynəlxalq müşahidəçilərin səsvermə prosesini məhdudiyyətsiz izlədiklərinin şahidi olduq. Səsvermə prosesi texniki və təşkilati baxımdan yaxşı təşkil edilmişdi. Müşahidə qrupunun olduğu əksər məntəqələrdə səsvermə prosesinin onlayn izlənilməsinə şərait yaradan veb-kameralar quraşdırılmışdı. Seçici fəallığı yüksək idi. Səsvermə prosesi dinc şəraitdə keçib. Seçki məntəqələrində səsvermə prosesinə kənar müdaxilələr müşahidə edilmədi”.

Bəyanatda qeyd edilir ki, səsvermə başa çatdıqdan sonra müşahidə qrupunun üzvləri 3 məntəqədə səslərin sayılması prosesini izləyib. Səslərin sayılması prosesini digər müşahidəçilər də məhdudiyyətsiz şəkildə izləyə və ona nəzarət edə bilirdilər.

Müşahidə qrupunun üzvləri apardıqları araşdırmalar və müşahidələr nəticəsində hesab edirlər ki, Azərbaycanda keçirilən prezident seçkiləri legitimdir. Seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir.(Azərtac)


Kateqoriya : SİYASƏT Baxış sayı : 121

QHT və MEDİA

2018-04-26 15:50:56

QHT və MEDİA
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...
QHT-lər Qubaya səfər edərək 31 Mart Azər...

Nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkə...

2018-04-26 08:30:14

QHT və MEDİA
Komitə sədri xaricdəki azərbaycanlılara ...
Komitə sədri xaricdəki azərbaycanlılara ...

APA-nın məlumatına görə, müraciətdə bildirilir: “Əziz dostlar və xaricdə yaş...

CƏMİYYƏT

2018-04-26 09:05:06

CƏMİYYƏT
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...
Elman Nəsirov: Ermənistanda hakimiyyətə ...

İlk növbədə, bu səbəblər onunla bağlıdır ki, Serj Sarkisyanın yaratdığı rejim...

2018-04-24 08:10:14

CƏMİYYƏT
Əzəli yurd yerlərimizin nisgili
Əzəli yurd yerlərimizin nisgili

Qərbi Azərbaycandan bəhs edən kitablar, qəzet və jurnal məqalələri, habelə di...

İQTİSADİ

2018-04-24 08:25:33

İQTİSADİ
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyin...

Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivi...

2018-04-23 07:25:39

İQTİSADİ
ABŞ-da İpək Yolu ilə bağlı tədbir
ABŞ-da İpək Yolu ilə bağlı tədbir

Konfransa tarixi İpək Yolunda yerləşən region və dövlətlərin rəsmiləri, həmçi...