QHT və MEDİA
A- A A+

Fransız jurnalist: Azərbaycan: Prezident seçkiləri ölkənin sabitliyini təsdiqləyir

2018-04-13 07:55:30

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən fransız jurnalist Yanik Ürryenin http://www.hebdobourseplus.com portalında “Azərbaycan: Prezident seçkiləri ölkənin sabitliyini təsdiqləyir” sərlövhəli məqaləsi dərc olunub

Prezident seçkilərinin qanun çərçivəsində, demokratik şəraitdə keçirildiyini vurğulayan jurnalist Y.Ürryen seçkilərin ölkənin həyatında mühüm hadisə olduğunu, onun siyasi vəziyyətini daha yaxşı anlamağa imkan yaratdığını bildirib. O, seçki məntəqələrində səsvermə üçün uzun növbələrin olduğunu müşahidə etdiyini diqqətə çatdırıb.

Jurnalist ölkəmiz haqqında ətraflı məlumat verərək, Azərbaycanın bütün sahələrdə qazandığı uğurların diqqəti cəlb etdiyini, əhalinin 93 faizinin müsəlman olmasına baxmayaraq, onun dünyəvi dövlət olduğunu, qadın hüquqlarına riayət edildiyini, müxtəlif dinlərin nümayəndələrinin tam harmoniya şəraitində yaşadığını vurğulayıb.

Ölkəmizdəki multikultural mühitə toxunan Y.Ürryen yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev xristianları Pasxa bayramı münasibətilə təbrik edərək onların öz etnik-dini xüsusiyyətlərini və adət-ənənələrini qoruyub yaşatmaqla, ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak etdiklərini, respublikamızda gedən böyük tərəqqi prosesinə və vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verdiklərini xüsusi qeyd edib.

Məqalədə Cənubi Qafqazda Azərbaycanın Fransanın mühüm tərəfdaşı olması, onun Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynaması da diqqətə çatdırılıb.(Azərtac)


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1049

QHT və MEDİA

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

2020-06-05 09:05:03

QHT və MEDİA
Vətən fədaisi, istiqlal mücahidi - Musta...
Vətən fədaisi, istiqlal mücahidi - Musta...

O, 1878-ci ildə keçmiş Göyçay qəzasının Kürdəmir kəndində anadan olmuş, ilk ...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...