QHT və MEDİA
A- A A+

"Jurnalistləri mükafatlar gözləyir"

2015-07-03 09:05:33

Qarşıdan Milli Mətbuat Günü gəlir

140 illik yubiley münasibətilə genişmiqyaslı tədbirlər keçiriləcək. Eyni zamanda jurnalistləri bir sıra mükafatlar gözləyir. Bu barədə Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov məlumat verib.

 Əli Həsənov bildirib ki, iyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 140 ili tamam olur. Bu münasibətlə Prezidentin Sərəncamına əsasən Bakıda və bölgələrdə yubiley tədbirləri keçiriləcək, milli mətbuatın inkişafında xidmətləri olan jurnalistlər mükafatlandırılacaq: “Bu il Azərbaycanda fərqlənmiş, mətbuatın inkişafında səmərəli fəaliyyət göstərmiş, xüsusi xidmətləri ilə seçilmiş bir qrup jurnalistin fəxri adlara, orden və medallara, o cümlədən müxtəlif digər təltiflərə təqdim olunması və o təltiflərlə mükafatlandırılması gözlənilir”.

 Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının diqqət mərkəzində olduğunu qeyd edən Əli Həsənov vurğulayıb ki, bu məqsədlə mətbuat işçiləri üçün bir yaşayış binası tikilərək 2013-cü ildə istifadəyə verilib: "Elə həmin il ikinci belə binanın tikintisinə başlanıb. Hazırda binada inşaat işlərinin davam edir. Proqrama müvafiq olaraq, gələn il yaya qədər binanın inşasının başa çatması gözlənilir. 255 jurnalist binada yeni mənzillərlə təmin olunacaq”.

  Mətbuat işçilərinin maddi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də tədbirlərin davam etdiriləcəyini qeyd edən Əli Həsənov bildirib: “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə hər il redaksiyalara mütəmadi yardımlar göstərilir, o cümlədən, jurnalistlər arasında keçirilən müsabiqələrdə onlara pul və digər mükafatlar verilir. Bu il də azərbaycan jurnalistləri bu tədbirlərdən bəhrələnəcəklər”.(xezer xeber)

 
 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1412

QHT və MEDİA

2020-02-21 08:55:02

QHT və MEDİA
Harvard Universitetinin saytında Ermənis...
Harvard Universitetinin saytında Ermənis...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2020-02-20 09:25:37

QHT və MEDİA
Amerikalı ekspert: Ermənistan hökumətini...
Amerikalı ekspert: Ermənistan hökumətini...

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə amerikalı ekspert Piter Teys ...

CƏMİYYƏT

2020-02-20 09:50:36

CƏMİYYƏT
Prezident İlham Əliyevin Münxen qələbəsi...
Prezident İlham Əliyevin Münxen qələbəsi...

Almaniyanın Münxen şəhərində təhlükəsizlik problemləri ilə bağlı ənənəvi olar...

2020-02-14 09:15:13

CƏMİYYƏT
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...
Bəxtiyar Vahabzadə yaradıcılığı "Temrin"...

Unudulmaz Heydər Əliyevin Azərbaycan və Türkiyənin bütün parametrlərdə birgəl...

İQTİSADİ

2020-02-19 18:20:24

İQTİSADİ
Azərbaycanlı alimlərin dünya elminə mühü...
Azərbaycanlı alimlərin dünya elminə mühü...

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunu...

2020-02-18 10:35:30

İQTİSADİ
Azərbaycanda aparılan islahatların miqya...
Azərbaycanda aparılan islahatların miqya...

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu isl...