MƏDƏNİ
A- A A+

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu Yorkda qeyd edilib

2018-04-11 08:30:18

.

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər. Bayram tədbiri Nyu Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. 200 nəfərdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri, səfir Yaşar Əliyev, Bruklin şəhər merinin müavini xanım Lori Luis, Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yakov Abramov, icmanın fəalı Pinxas Avşalumov, “Mənim yolum” ("My way”) Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Bruklin-Bakı” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental və başqaları olub. Bayram tədbirini açan Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu iki il ərzində qazandığı uğurlar haqqında iştirakçılara məlumat verib. O, Azərbaycanın dövlətçilik ənənələri haqqında danışaraq ölkəmizin hələ 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə demokratik dəyərləri nəinki bəyan etdiyini, öz praktiki fəaliyyətində onları təmin etdiyini və bugünkü müasir Azərbaycanın həmin dövlətin varisi olduğunu vurğulayıb. Tədbirdə çıxış edən digər qonaqlar da AXC-ni Azərbaycan tarixində mühüm bir hadisə kimi dəyərləndirərək, onun əhəmiyyətindən danışıblar. Rəsmi çıxışlardan sonra tədbir bədii proqramla davam edib. "Mənim yolum" Uşaq İnkişaf Mərkəzinin rəqs ansamblı, Azərbaycandan dəvət olunmuş müğənni Könül Kərimova, bəstəkar-ifaçı Cabbar Musayev öz repertuarlarındakı musiqilərlə çıxış ediblər.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 697

QHT və MEDİA

2019-12-11 18:10:35

QHT və MEDİA
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...
Elman Nəsirov: “Məni ittiham edən bəzi “...

Dekabr ayının 10-da “Zorakı ekstrimizm ilə mübarizə: birgə tərəfdaşlıqla daya...

2019-12-10 21:10:55

QHT və MEDİA
Şura Ulu Öndər Heydər Əliyevin əziz xati...
Şura Ulu Öndər Heydər Əliyevin əziz xati...

Tədbiri açıq elan edən Şuranın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elmə...

CƏMİYYƏT

2019-12-11 11:45:43

CƏMİYYƏT
Azərbaycanın dinamik inkişaf strategiyas...
Azərbaycanın dinamik inkişaf strategiyas...

Otuz beş ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, görkəmli ...

2019-12-11 10:10:05

CƏMİYYƏT
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqq...
Hikmət Şikarov: Bəyanat imzalamaqla diqq...

Həyatımızın müxtəlif sahələrini əhatə edən bu islahatlar hər şeydən əvvəl ölk...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...