SOSİAL
A- A A+

“The Daily Caller” qəzetində Ermənistanda kədərli vəziyyət barədə məqalə dərc edilib

2018-04-10 09:55:59

Amerikada çıxan “The Daily Caller” qəzetində “Jewish News Service” nəşrinin sabiq baş redaktoru Ceykob Kamarasın Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Ermənistanda yaranmış dözülməz iqtisadi və siyasi vəziyyət barədə məqaləsi dərc edilib

Ermənistanı “durğunluq vəziyyətində olan zibilxana” adlandıran müəllif erməni deputat Aram Manukyanın bəyanatlarına istinadla yazır ki, deqradasiyaya uğramış bu ölkədə vəziyyət get-gedə pisləşir, Ermənistan “Avrasiyada dövlətlərarası iqtisadi münasibətlərdə praktiki olaraq heç bir rol oynamır”. Müəllif A. Manukyandan sitat gətirərək qeyd edir ki, Ermənistan regional və beynəlxalq miqyaslı bütün layihələrdən, o cümlədən dəmir yol və enerji layihələrindən kənarda qalır. Manukyan təəssüflə vurğulayır ki, Azərbaycan, Türkiyə və Gürcüstanın təşəbbüsü ilə başlanmış “Yeni İpək Yolu” kimi mühüm layihədə Yerevan iştirak etmir. Keçən il həmin layihə çərçivəsində bu ölkələri birləşdirən, Avropa ilə Çin arasında yük və sərnişin daşımalarını təmin edən, Ermənistandan yan keçən Bakı-Tbilisi-Qars dəmiryol xətti istifadəyə verilib. Ekspert yazır ki, eyni zamanda, Azərbaycan artıq bu il Türkiyəyə təbii qaz nəql edəcək. Sonra, 2019-cu ildə isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm element olan “Şahdəniz-2” yatağından çıxarılan təbii qaz Avropaya nəql ediləcək. Ermənistanda baş alıb gedən korrupsiya ölkədə vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən, sağlam düşüncəli investorların heç biri Ermənistanda sərmayə qoymağa risk etmir. Azərbaycan və Gürcüstan öz iqtisadiyyatlarını qərb ölkələri, ABŞ və Avropa ilə sıx münasibətlər əsasında qurur. Ermənistanın geridə qalmış iqtisadiyyatı əvvəlki kimi yenə də kənd təsərrüfatından asılıdır, inflyasiyanın sürətlə artması və ciddi zəka axını müşahidə olunur. Kamaras yazır ki, Ermənistanın bu “girdab”dan çıxmasının yeganə mümkün yolu Azərbaycan ilə münaqişəni həll etmək və iqtisadi cəhətdən güclü olan bu dövlətlə yaxınlaşmaqdır. Bu məqsədə nail olmaq üçün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalından əl çəkməlidir. BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi də bunu tələb edir.(AZƏRTAC) Kamaras sonda yazır ki, ABŞ Qafqazdakı bu reallığı nəzərə almalıdır. ABŞ başqa bir ölkənin siyasi vassalı olan, dilənçi vəziyyətinə düşmüş Ermənistanla deyil, regionun “qərbyönümlü iqtisadi ulduzları” olan Azərbaycan və Gürcüstanla müttəfiqlik etməlidir.


Kateqoriya : SOSİAL Baxış sayı : 955

QHT və MEDİA

2020-06-03 09:15:29

QHT və MEDİA
Şura qrant müsabiqəsi elan edir
Şura qrant müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2020-06-02 07:55:01

QHT və MEDİA
“La Vanguardia”: Azərbaycan işğal olunmu...
“La Vanguardia”: Azərbaycan işğal olunmu...

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir...

CƏMİYYƏT

2020-06-04 11:05:08

CƏMİYYƏT
Dövlətçilik tariximizin parlaq səhifəsi...
Dövlətçilik tariximizin parlaq səhifəsi...

O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları ...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...