CƏMİYYƏT
A- A A+

"Tərəflər münaqişənin BMT TŞ qərarları əsasında həllinin vacibliyini anlayacaqlar"

2018-04-10 08:40:22

"Rusiya istəsə, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edə bilər"

Bunu APA-nın Moskva müxbirinə müsahibəsində, tanınmış amerikalı politoloq, ABŞ Atlantik Şurasının aparıcı eksperti Ariel Koen deyib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini 1994-cü ildən müşahidə etdiyini söyləyib: "Etiraf etməliyəm ki, artıq nikbinliyimi itirmişəm. Ermənistan tərəfinin münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində ciddi addımlar atmağa hazır olduğuna inanmıram. Çox ümid edirəm ki, səhv düşünürəm.

Azərbaycan isə ildən-ilə güclənir, ordusunu gücləndirir. Müasir silahlar alır, ordusuna təlimlər keçir. Biz iki il öncə aprel müharibəsi vaxtı bunun şahidi olduq. Ona görə də hesab edirəm ki, gec-tez qanlı toqquşmalar olacaq və bu, çox böyük təəssüf doğurur. Bu toqquşmalardan sonra tərəflər qərara gələcək ki, münaqişəni həll etmək, ən əsas da BMT Təhlükəsizlik Şurasının qərarları əsasında həll etmək lazımdır".

Ariel Koen Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin roluna da toxunub: "Dediyim ki, tərəflər əvvəl-axır münaqişənin BMT Təhlükəsizlik Şurasının qərarları əsasında həll olunmasının vacibliyini anlayacaqlar. Burada əsas və vacib rol Rusiyanın üzərinə düşür. ABŞ-ın bu prosesdən bir qədər uzaqlaşdığı müşahidə olunur. Avropa geosiyasi nöqteyi-nəzərdən böhran içindədir, başı öz problemlərinə qarışıb. Bir sözlə, Avropa Qarabağ problemini həll edə biləcək gücdə deyil. Regionda nəsə edə biləcək qüvvə ancaq Rusiyadır. Əgər Rusiya Qarabağ münaqişəsini həll etmək istəsə, Ermənistan tərəfi də buna hazır olsa, hesab edirəm ki, Azərbaycan uzun müddətdir, irəli sürdüyü şərtlər çərçivəsində münaqişənin sülh yolu həllinə razılaşar".


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 326

QHT və MEDİA

2019-01-23 19:40:21

QHT və MEDİA
Şuranın dövlət orqanları tərəfindən veri...
Şuranın dövlət orqanları tərəfindən veri...

Bu gün Şuranın cənab prezident İlham Əliyevin “Dövlət orqanları tərəfindən qe...

2019-01-22 09:05:43

QHT və MEDİA
Ermənilərlə barış planı necə ola bilər?...
Ermənilərlə barış planı necə ola bilər?...

Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana ...

CƏMİYYƏT

2019-01-24 08:25:18

CƏMİYYƏT
Sətir-sətir oxu məni
Sətir-sətir oxu məni

Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimlərə ehtiram,...

2019-01-22 20:20:14

CƏMİYYƏT
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...
Əfsanəvi sərkərdə Həzi Aslanovun anım mə...

Əfsanəvi qəhrəmanın abidəsi önünə əklillərin qoyulması ilə başlanan mərasimdə...

İQTİSADİ

2019-01-22 18:40:25

İQTİSADİ
"Azərbaycan inkişaf strategiyasını beynə...
"Azərbaycan inkişaf strategiyasını beynə...

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prez...

2019-01-15 10:05:29

İQTİSADİ
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...
Dağlıq Qarabağ münaqişəsi həll edilmədən...

İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin regiona və Ermənistan-Azərb...