2015-07-02 09:45:45 | MƏDƏNİYYƏT
Azərbaycanda XIII əsrə aid kompleks tapıldı

Unikal abidə Şeyx Babı Yaqub türbəsinin yaxınlığında aşkarlanıb

Füzuli rayonu ərazisində ötən illərə qədər sadəcə sərdabə və minarədən ibarət olduğu güman edilən XIII əsrə aid Şeyx Babı Yaqub türbəsinin yaxınlığında unikal tarixi abidə kompleksi aşkar edilib. Sən demə Azərbaycandakı yeganə tarixi taxıl anbarı da bu ərazidədir. Bundan əlavə burda hamam kompleksi də, yeraltı yol da var.
Qədim yaşayış məskənlərindən olan Füzulidəki Şeyx Babı Yaqub türbəsi bölgənin nadir tarixi abidələrindəndir. Xalq arasında Şıxbabı adıyla məhşur olan türbə XIII əsrdə memar Əli Məcidəddin tərəfindən inşa edilib.
Abidənin adının Şeyx Babı Yaqub olması isə vaxtıyla bölgənin tanınmış təriqət şeyxlərindən olan Yaqub ibn İsmayılın burada dəfn edilməsiylə izah edilir. Ağ daşlardan hörülən türbə Naxçıvan memarlıq məktəbinə aid olub səkkiz güşədən ibarətdir.
Füzulinin işğalı abidə kompleksinə də təsirsiz ötüşmür. Sərdabənin günbəz hissəsi ermənilər tərəfindən tamamilə dağıdılır, binanın üzərindəki tarixi elementlər isə silinərək təhrif edilməyə çalışılır.
2013-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin xəttiylə türbənin bərpasına başlanır. Bərpa zamanı kompleksin təkcə sərdabə və minarədən ibarət olmadığı məlum olur.
“Bərpayla yanaşı, qazıntı işləri aparılıb. Bu, Azərbaycan Respublikası ərazisində hələlik tapılmış yeganə taxıl anbarı olub. Kompleksdə hamam və yeraltı yol da var". - deyə Füzuli mədəniyyət və turizm şöbəsinin müdiri Elman Məmmədov bildirib.
Füzuli rayon mədəniyyət və turizim şöbəsindən əldə etdiyimiz məlumata görə, bərpa işlərinin yalnız ilk hissəsi başa çatıb. Eyni zamanda ərazidə arxeoloji qazıntılar davam etdirilir. Ehtimal olunur ki, növbəti araşdırmalar zamanı abidə kompleksinin ərazisi daha da böyüyəcək. 

 

 

 

Baxış sayı : 2155
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib