SOSİAL
A- A A+

Niderlandda yaşayan azərbaycanlılar həmrəylik aksiyası keçiriblər

2018-04-09 09:45:13

Avropa Azərbaycanlıları Konqresinin və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə ölkəmizin Niderland Krallığının Haaqa şəhərindəki səfirliyi qarşısında azəbaycanlıların həmrəylik aksiyası keçirilib

Aksiyada Niderland Krallığında yaşayan 100-ə yaxın soydaşımız iştirak edib. Aksiyada çıxış edənlər Azərbaycanın sürətlə inkişaf etdiyini bildirib, ölkəmizdə gedən demokratik prosesləri, iqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə olunmuş nailiyyətləri xüsusi vurğulayıblar. Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun getdikcə artdığı, regionun lider dövləti kimi qlobal əhəmiyyətli layihələrdə aparıcı rol oynadığı diqqətə çatdırılıb. Aksiya iştirakçıları anti-Azərbaycan qrupların Azərbaycan dövləti əleyhinə fəaliyyətini pisləyərək, bunun ölkəmizin imicinə xələl gətirdiyini bildiriblər. Qeyd edilib ki, Avropada yaşayan bir neçə şəxs xaricdə fəaliyyət göstərən diasporumuzu təmsil və ya onun adından çıxış edə bilməz.

Aksiya iştirakçıları hər zaman dövlətimizi, onun siyasətini dəstəklədiklərini bəyan ediblər. Aksiya zamanı soydaşlarımız həmişə Azərbaycan ilə olduqlarını, Vətənin adını daim uca tutduqlarını, gücümüzün birliyimizdə olduğunu bildiriblər.

İştirakçılar “Hər zaman, hər yerdə səninləyik, Azərbaycan!”, “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq da!”, “Bizim gücümüz birliyimizdədir!”, “Azərbaycan qürurumuzdur. Qürurumuza toxunmayın!”, “Fəxr edirik ki, azərbaycanlıyıq!”, “Harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Azərbaycan dövlətinin yanındayıq!”, “Vətənimizin qüdrəti bizim qürurumuzdur!”, “Dövlətimizin və xalqımızın adını uca tutmaqdan şərəf duyuruq!” kimi şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları bəzi anti-Azərbaycan qruplara etirazlarını bildirərək deyiblər: “Təhqir acizlərin son silahıdır. Xaricdə yaşayan hər bir azərbaycanlı Azərbaycan dövləti ilə fəxr edir. Azərbaycanın dövlət rəmzlərini təhqir edənlərə ar olsun. Milli mənafelər şəxsi mənafelərdən öndə dayanmalıdır”. Soydaşlarımız yaşadıqları ölkədən asılı olmayaraq, bütün azərbaycanlıları birləşməyə, ölkəmizdəki dincliyi və sabitliyi qorumağa səsləyərək deyiblər: “Dövlətçilik maraqlarımız ətrafında sıx birləşək. Azərbaycan dövlətində sabitliyə və dincliyə xələl gətirməyə cəhd etməyin”.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 659

QHT və MEDİA

2019-10-16 09:00:03

QHT və MEDİA
“Hər zaman Azərbaycan və Türkiyə düşmənl...
“Hər zaman Azərbaycan və Türkiyə düşmənl...

“Hər zaman Azərbaycan, Gürcüstan və Türkiyə düşmənlərinə qarşı birgə mübarizə...

2019-10-15 08:30:30

QHT və MEDİA
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın azərbaycanlı icmasının ...

Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qov...

CƏMİYYƏT

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

2019-10-10 07:10:35

CƏMİYYƏT
Kövrək duyğuların poetik ifadəsi
Kövrək duyğuların poetik ifadəsi

Mən bu qənaətə Şahrun Süleymanlının "Keçmişdə gəzinti" şeirlər toplusunu oxu...

İQTİSADİ

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...

2019-10-08 12:00:37

İQTİSADİ
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasın...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Bakıda keçiriləcək Zirvə To...