QHT və MEDİA
A- A A+

Çilov adasının seçiciləri ilə görüş keçirilib

2018-04-06 21:30:29

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsi namizədliyi partiya tərəfindən irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Çilov adasının seçiciləri ilə keçirib. Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon Şöbəsinin sədri Hikmət Şikarov, Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, tibb elmləri namizədi Musa Quliyev, Azərbaycan Milli Məclisinin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili , Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, YAP fəalları və seçicilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon Şöbəsinin sədri Hikmət Şikarov ölkə Prezidenti, xalqımızın ən etibarlı və alternativsiz lideri cənab İlham Əliyevin uğurlu siyasətinin növbəti 7 ildə də davam etdirilməsi ilə ölkəmizin qüdrətinin bundan sonra da artacağına əminliyini ifadə edib. Prezident seçkilərinin ölkəmizin inkişaf tarixində vacib rolu və əhəmiyyəti barədə məlumat verərək bildirib ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq zəngin demokratik seçki ənənələrinə malikdir. Aprelin 11-də prezident seçkilərinin də demokratik standartlara uyğun, azad və şəffaf keçiriləcəyini, xalqımızın iradəsini dolğun əks etdirəcəyini bildirən Hikmət Şikarov daha sonra YAP-ın namizədi cənab İlham Əliyevin xalqımız və dövlətimiz qarşısında əzəmətli xidmətləri haqqında da danışıb. YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon Şöbəsinin sədri Hikmət Şikarov eyni zamanda bu müddət ərzində əhalinin sosial müdafiəsinin güclənməsinə xidmət edən mühüm layihələrin reallaşdırılması, paytaxtda və regionlarda iqtisadi ehtiyatların səfərbər edilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, insanların layiqli yaşayışının təmin edilməsi üçün ardıcıl görülən işlərdən bəhs edib.

Çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı İdarə Heyətinin üzvü, “28 May” Neft- Qaz Çıxartma İdarəsinin rəisi Zaur Bağırov prezident seçkilərinin Azərbaycanın inkişafında böyük əhəmiyyəti ilə bağlı danışaraq , Azərbaycan dövləti və xalqının, o cümlədən Yeni Azərbaycan Partiyasının qarşıdan gələn prezident seçkilərinə böyük uğurlarla getdiyini bildirib, Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycanın bütün sahələrində misilsiz nailiyyətlər qazanılmasından danışıb. Çıxış edən Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, tibb elmləri namizədi Musa Quliyev söyləyib ki, İlham Əliyev hər bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün uğurlu siyasət həyata keçirir. 11 aprel seçkilərində də Azərbaycan xalqı seçimini müəyyənləşdirəcək və xalq öz alternativsiz lideri olan İlham Əliyevi yenidən Prezident seçəcək.

Azərbaycan Milli Məclisinin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili çıxış edərək bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev əhalinin bütün təbəqələrinin arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib.

Seçicilər qarşısında çıxış edən Milli Qəhrəmanlarımız Bəxtiyar Allahverdiyev və Vahid Quliyev cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 il ərzində əldə edilən uğurlardan, Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsindən, ölkəmizin milli maraqlarını qoruya bilməsindən, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilməsindən danışıblar. Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 589

QHT və MEDİA

2018-05-27 21:00:28

QHT və MEDİA
SRTİB “1918-ci il hadisələri -UNUDULMA...
SRTİB “1918-ci il hadisələri -UNUDULMA...

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasın...

2018-05-25 09:25:44

QHT və MEDİA
Heydər Əliyev Fondunun təşkilatçılığı il...
Heydər Əliyev Fondunun təşkilatçılığı il...

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr ed...

CƏMİYYƏT

2018-05-24 09:40:56

CƏMİYYƏT
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...
Türkiyə parlamentinin spikeri: "Qarabağ ...

Azadinform-un "Anadolu" agentlyinə istinadən məlumatına görə, TBMM sədri F. M...

2018-05-22 09:25:48

CƏMİYYƏT
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...
Azərbaycanın ABŞ-dakı diaspor təşkilatla...

Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının və Nyu-Yorkda yaşayan Azərbayc...

İQTİSADİ

2018-05-26 12:45:04

İQTİSADİ
Tbilisidə Azərbaycanın Cənubi Qafqazın e...
Tbilisidə Azərbaycanın Cənubi Qafqazın e...

Mayın 25-də Tbilisidə “Cənubi Qafqaz enerji sammiti” keçirilib. Fact-info.az ...

2018-05-23 06:35:13

İQTİSADİ
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...
"Azərbaycanın borc dayanlıqlılığı istiqa...

"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, səna...