SİYASƏT
A- A A+

“Terrorizmin qarşısını almaqla, beynəlxalq problemləri həll etmək olar”

2018-04-06 20:20:08

Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı davam edib

APA-nın məlumatına görə, konfransda çıxış edən Qazaxıstan xarici işlər nazirinin müavini Yerjan Aşikbayev Qazaxıstanın ümumi məqsədlərə nail olmaq üçün həmrəylik prinsipləri və dəyərləri dəstəklədiyini söyləyib. İndoneziyanın xarici işlər üzrə vitse-prezidenti Əbdürrəhman Mohammad Fachir isə davamlı inkişaf üçün təhsili dəstəkləməyi, bu sahədə investisiyaları artırmağı, qızların təhsil almasına xüsusi diqqət yetirməyi təklif edib. Səudiyyə Ərəbistanı xarici işlər naziri müavini Əbdurrahman bir İbrahim əl-Rissi hər kəsi yaxşı liberal əlaqələr yaratmağa və qonşu ölkələrə yaxşı münasibət qurmağa çağırıb. Səudiyyə Ərəbistanının Fələstinə dəstəyini ifadə edən qonaq ölkəsinin ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması barədə qərarını müsbət qarşılamadığını söyləyib: "Səudiyyə Ərəbistanının Yəmənlə bağlı da mövqeyi aydındır. Bu gün Yəməndə baş verən proseslər insan faciəsinə səbəb olur. Biz Yəmən əhalisinə yardım proqramını dəstəkləyirik". Azərbaycanın uğurlu inkişafını qeyd edən Svazilend krallığının xarici işlər və beynəlxalq əlaqələr üzrə katibi Joel Musa Nhleko hazırda dünyada multikulturalizmə qarşı hücumlardan narahatlığını ifadə edib, BMT vasitəsi ilə sülh və təhlükəsizliklə bağlı kollektiv imkanların daha geniş formada ortaya qoyulmasını istəyib, eyni zamanda hazırda dünyada ortaya çıxan problemlərin əsas səbəbinin qlobal iqlim dəyişikliyi və iqtisadi çətinliklərlə bağlı olduğunu söyləyib. Belarus xarici işlər nazirinin müavini Andrei Dapkiunas Qoşulmama Hərəkatının münaqişəsiz dünya qura biləcəyini vurğulayıb. Vyetnam xarici işlər nazirinin müavini Dank Din Quy isə ölkəsinin Fələstin xalqına və Qoşulmama Hərəkatına dəstəyini ifadə edib. Dünyanı Afrikanın səsini eşitməyə çağıran Sudan xarici işlər naziri Mohamed İdris Mohamed isə deyib ki, beynəlxalq ədalət olmadan heç nə əldə etmək olmaz. Öz növbəsində Fələstinə hücumları qınayan Somali xarici işlər naziri Orta Şərqdə, Somalidə sülhün bərqərar olmasının vacibliyini qeyd edib: "Afrikanın qarşılaşdığı iqtisadi çətinliklər var. Beynəlxalq aləmi Afrikaya dəstək verməyə çağırıram. Biz bu konfransda iştirak etməklə hər kəsi multikulturalizm məqsədlərinə nail olmağa, beynəlxalq sülh və təhlükəsizliyi təmin etməyə çağırırıq".

Küveyt xarici işlər nazirinin köməkçisi Naser əl-Heyen isə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Qoşulmama Hərəkatının çoxlu uğurlar qazanacağına inandıqlarını bildirib. O, BMT Təhlükəsizlik Şurasının Fələstin probleminin həlli yönündə səylər göstərməməsindən, beynəlxalq hüquqa əhəmiyyət verilməməsindən şikayətlənib, bunu beynəlxalq sülh və təhlükəsizliyin pozulması kimi qiymətləndirib: "Suriya böhranı artıq 8 ildir davam edir. Bu faciəli böhran siyasi yolla həll olunmalıdır. Digər tərəfdən, İŞİD terror təşkilatı ilə mübarizədə İraq xalqı və hökumətinə dəstəyimizi ifadə edir, Səudiyyə Ərəbistanına raket hücumlarını pisləyirik".

Tanzaniya prezident ofisinin direktoru Faraji Kasidi Mnyepe isə ölkəsinin Qoşulmama Hərəkatının prinsip və dəyərlərinə hörmət etdiyini söyləyib. Öz növbəsində Misirin BMT-dəki daimi nümayəndəsi Mohamed Fathi Ahmed Edrees dünyanın daim qarşılaşdığı problemlərdən birincisinin terrorizm olduğunu və terrorizmin qarşısını almaqla beynəlxalq problemlərin həllinə nail olmağın mümkün olduğunu qeyd edib: "Terrorizm gələcəyimizi təhlükədə qoyur, terrorizmlə mübarizə üçün hərtərəfli strategiya olmalı, tolerantlıq artırılmalıdır. Terror insan hüquqları üçün böyük stressdir. Misir nüvə silahına qarşı mübarizədə bütün beynəlxalq cəhdləri qiymətləndirir, Qoşulmama Hərəkatının mövqeyini dəstəkləyir. Orta Şərq böyük çətinliklərlə qarşılaşır, siyasi həll yolları tapmaq lazımdır. Liviya, Fələstin problemləri həll olunmalıdır. Misir Qüds məsələsində Fələstinə dəstəyini ifadə edir. Orta Şərqdə regional problemlərin həlli Fələstin probleminin həlli sayəsində mümkün olar".

Çili Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Eduardo Glauez isə dünyada bir çox risklərin olduğunu, onlardan birinin terrorizm olduğunu söyləyib. O, Qoşulmama Hərəkatını üzv ölkələr üçün multikulturalizmin təbliği və dəstək üçün vacib platforma adlandırıb. Üzv dövlətləri qeyri-bərabərliyə, yoxsulluğa qarşı mübarizəyə çağıran Çili Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi hesab edir ki, inkişaf və sülh olmadan heç nə əldə etmək olmaz. Qeyd edək ki, konfransın yekununda Bakı Bəyannaməsinin və yekun sənədin qəbulu nəzərdə tutulub.


Kateqoriya : SİYASƏT Baxış sayı : 280

QHT və MEDİA

2018-11-15 17:30:34

QHT və MEDİA
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqə...

Fact-info.az xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına ...

2018-11-14 10:30:42

QHT və MEDİA
“Regionlarda ailə dəyərlərinin təbliği i...
“Regionlarda ailə dəyərlərinin təbliği i...

Fact-info.az xəbər verir ki, “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı...

CƏMİYYƏT

2018-11-16 10:00:50

CƏMİYYƏT
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...
Böyük Azərbaycan şairi İmadəddin Nəsimin...

Fact-info.az xəbər verir ki, Sərəncama əsasən, İmadəddin Nəsiminin 650 illik...

2018-11-14 10:20:38

CƏMİYYƏT
Azərbaycan elminin, təhsilinin möhtəşəm...
Azərbaycan elminin, təhsilinin möhtəşəm...

Bu tədbirlər içərisində "Azərbaycan xalqının milli sərvəti" (Heydər Əliyev) o...

İQTİSADİ

2018-11-15 20:40:33

İQTİSADİ
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı ...

Fact-info/az-a daxil olan məlumata görə, Dizelin Hidrotəmizlənməsi Qurğusu...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...