MÜSAHİBƏ
A- A A+

Politoloq: Hazırda dünyada multiukulturalizmin Azərbaycan modeli mövcuddur

2018-04-06 17:10:58

“Dövlət başçısının fikirləri reallığı əks etdirir. Hazırda dünyada multiukulturalizmin Azərbaycan modeli mövcuddur”

Bunu APA-ya Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində Azərbaycanda millətlərarası, dinlərarası həmrəyliklə bağlı fikirlərinə münasibət bildirən politoloq Qabil Hüseynli deyib.

Q. Hüseynli bildirib ki, Azərbaycanda multikulturalizm və tolerantlığın çox qədim ənənələri var, bu gün multikulturalizm və tolerantlıq dövlət siyasətinə çevrilib: “Azərbaycanın daxilində millətlərarası, konfessiyalararası münasibətlər sahəsində heç bir potensial problem yoxdur. Sözsüz ki, Azərbaycanda millətlərarası, dinlərarası həmrəyliyin yüksək səviyyəsi həyata keçirilən real siyasətin nəticəsidir. Bu gün Azərbaycanda ali məktəblərin əksəriyyətində həm bakalavr, həm də magistratura səviyyələrində mültikulturalizm fənni tədris edilir. Azərbaycanda bütün dinlərin nümayəndələrinin fəaliyyəti üçün geniş şərait yaradılıb. Azərbaycanda 4 yəhudi sinaqoqu var. Bu sinaqoqlar Azərbaycan dövlətinin yardımı ilə tikilib. Bu sinaqoqlardan biri Avropada ən böyük sinaqoqdur. Azərbaycanda 4 pravoslav kilsə var. Bu kilsələrdən 3-ü Bakıda, biri Gəncədə yerləşir. Bu kilsələr Azərbaycan dövlətinin yardımı ilə əsaslı təmir edilib. O cümlədən Azərbaycanda xristian dininin bir qolu sayılan Alban kilsəsi də mövcuddur. Qəbələ rayonunun Udin kəndində qədim Alban kilsəsi bərpa edilərək yerli əhalinin istifadəsinə verilib. O cümlədən Bakıda Xətai rayonunda katolik kilsəsi də var. Azərbaycanda müxtəlif dinlərə, xalqlara qarşı heç bir ayrı-seçkilik yoxdur və ölkəmizə gələn hər bir insan multikulturalizmin, tolerantlığın yüksək səviyyəsinin şahidi olur, bu barədə danışır. Bu baxımdan multiukulturalizmin Azərbaycan modeli dünyada yüksək dəyərləndirilir”.

Politoloq Azərbaycan dövlətinin multikulturalizm və tolerantlığın regionda və dünyada da yayılması üçün fəal iş apardığını vurğulayıb: “Dövlət başçısının da qeyd etdiyi kimi, dünyanın istənilən nöqtəsində baş verən, millətlərarası münasibətlərdə gərginliklərlə, mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir. Ona görə də Azərbaycan regionda və dünyada multikulturalizm və tolerantlığın təbliği istiqamətində ardıcıl iş aparır. Azərbaycanda bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib. Bu sırada Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunu qeyd etmək olar. Bu il 10 illiyi taam olan “Bakı Prosesi” Azərbaycanın təşəbbüsü ilə başlanmış bu prosesdir. Məqsəd İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrlə Avropa Şurasının üzvləri olan ölkələr arasında məhz mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq səylərini əlaqələndirməkdir. Bir sözlə, Azərbaycan bu barədə yalnız danışmır, ortaya nümunə qoyur və multikulturalizm və tolerantlığın regionda və dünyada yayılması üçün bu istiqamətdə ardıcıl fəaliyyət göstərir. Azərbaycan prezidentinin də vurğuladığı kimi, əgər dünyada bu cür yanaşma üstünlük təşkil etsə, bu zəmində problem olmayacaq”.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 403

QHT və MEDİA

2019-05-24 09:00:29

QHT və MEDİA
Gürcüstan Patriarxlığından sərhəd açıqla...
Gürcüstan Patriarxlığından sərhəd açıqla...

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bunu Patriarxlığın Mətbuat x...

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

CƏMİYYƏT

2019-05-24 08:40:50

CƏMİYYƏT
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...
"Həmsədrlər əsirlərlə bağlı təklifləri m...

Bunu Trend-ə nazir Sergey Lavrovun “münaqişə zonalarında etimad mühitinin qur...

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...