SİYASƏT
A- A A+

Erməni, ingilis və rus politoloqun Qarabağ şərhi: “Növbəti müharibə daha dağıdıcı olacaq”

2018-04-06 15:45:34

.

Politoloqlar Azərbaycanda keçirilən prezident seçkiləri, Ermənistanda Serj Sarkisyanın prezidentlik müddətinin bitməsi, həmçinin Rusiya və ABŞ arasında mövcud soyuq münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyini şərh ediblər. AzVision.az “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, “Həmrəylik” Araşdırma Mərkəzinin rəhbəri, Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryanın fikrincə, hazırda münaqişə tərəfləri sülh sazişinin imzalanmasından çox uzaqlaşıblar. Mövcud vəziyyət yeni müharibənin mümkünlüyünün çox yüksək olduğunu göstərir. Böyük Britaniyanın “LINKS” analitik mərkəzinin direktoru Denis Sammut isə sülh danışıqlarında irəliləyişin əldə olunacağına ümid edir. Onun sözlərinə görə, bunun üçün Azərbaycan və Ermənistanın daxilində, eləcə də beynəlxalq səviyyədə müvafiq şərait mövcud olmalıdır. Tartrus universitetinin müəllimi, politoloq Andrey Makarıçevin sözlərinə görə, rəsmi Moskva münaqişə zonasında status-kvonun saxlanmasında maraqlıdır. Buna görə də o, rəsmi Bakının münaqişənin hərbi yolla həll etmək istəyinə qarşı çıxır və bu siyasətini saxlamağa çalışır. Digər tərəfdən Rusiya hakimiyyəti Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə müdaxilə olacağı təqdirdə hərbi yardım edəcəyini bu ölkənin rəhbərliyinin diqqətinə çatdırıb. Politoloq deyib ki, Moskva, həmçinin Qərbyönlü oriyentasiyası çox güclü olan İrəvanı öz tərəfində saxlamağa çalışır. Politoloqlar hesab edirlər ki, əgər cəbhədə növbəti eskalasiya baş verərsə, o, daha genişmiqyaslı olacaq. Belə ki, 2016-ci ildə baş verən aprel döyüşlərində həm ərazicə, həm də işlənən qoşun və texnikanın sayı məhdud olsa da, növbəti müharibə daha dağıdıcı olacaq.


Kateqoriya : SİYASƏT Baxış sayı : 251

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...