TƏDQİQATLAR
A- A A+

“The Jerusalem Post”: Nə üçün Ermənistan aprel müharibəsini uduzdu?

2018-04-04 09:20:17

İsraildə çıxan nüfuzlu “The Jerusalem Post” qəzetində “Avrasiya-Azərbaycan” Beynəlxalq Ekspert Klubunun direktoru, “Vzglyad.Az” informasiya agentliyinin baş redaktoru Seymur Məmmədovun məqaləsi dərc olunub

AZƏRTAC xəbər verir ki, “Nə üçün Ermənistan aprel müharibəsini uduzdu?” sərlövhəli məqalədə deyilir: aprel müharibəsi növbəti dəfə inandırıcı şəkildə sübuta yetirdi ki, Azərbaycan işğal edilmiş ərazilərinin itirilməsi ilə barışmayıb və heç vaxt da barışmayacaq və Dağlıq Qarabağ ətrafında indiki status-kvo rəsmi Bakı üçün yolverilməzdir.

Ermənistan eynən 1990-cı illərin əvvəllərində Azərbaycan ərazilərini – Dağlıq Qarabağı və ətraf yeddi rayonu təqribən 4 il ərzində zor gücünə işğal etdiyi kimi, 2016-cı ilin aprel ayının dörd günü ərzində də Azərbaycana qarşı təcavüzkar və vəhşi hərəkətlər etdi. Ermənistan silahlı qüvvələri 2016-cı il aprelin 2-dən 5-dək fəal hərbi əməliyyatlar apararaq, qoşunların, demək olar, bütün təmas xətti boyunca Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini raket-artilleriya qurğularının, zirehli texnikanın və aviasiyanın köməyi ilə atəşə tutdu. Müəllif vurğulayır: “Əks-hücum əməliyyatı nəticəsində Azərbaycan düşmənin planlarını pozmağa və öz torpaqlarının bir hissəsini azad etməyə müvəffəq oldu. 1990-cı illərdən fərqli olaraq, 2016-cı il Ermənistan üçün ən uğursuz il oldu və əminəm ki, bu hadisə Sarkisyanın xarici siyasətinin böyük müvəffəqiyyətsizliyi kimi hələ uzun müddət unudulmayacaq”.

Seymur Məmmədov Ermənistanın məğlubiyyətinin səbəblərini açıqlayaraq yazır ki, aprel müharibəsindəki məğlubiyyətdən dərhal sonra prezident Serj Sarkisyan respublikanın Müdafiə Nazirliyində bir neçə yüksək vəzifəli generalı vəzifəsindən kənarlaşdırdı. Bu da Azərbaycana qarşı hərbi əməliyyat zamanı kobud səhvlərə yol verildiyini göstərir və belə qənaətə gəlməyə əsas verir ki, Dağlıq Qarabağda aprel döyüşləri bu səhvləri və nöqsanları çox açıq göstərdiyinə görə, prezident bunlara reaksiya verməyə bilməzdi. Bəs nə üçün Ermənistan aprel müharibəsini uduzdu? Əvvələn, Azərbaycan ərazisinə hərbi müdaxilə planı bu səbəbdən pozuldu ki, son illər Azərbaycan silahlı qüvvələrinin maddi-texniki bazası xeyli yaxşılaşıb: ölkə müasir silah növləri ilə təchiz olunub, ordu cəbbəxanası modernləşdirilmiş və müasir hərbi texnika tamamlanıb, tez-tez aparılan hərbi təlimlər Azərbaycan hərbi qulluqçularının döyüş təcrübəsini xeyli artırıb. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən xarici siyasətinin nəticəsidir.

İkincisi, bu gün Azərbaycan İsraillə sıx əməkdaşlıq edir: rəsmi Bakı İsraildən pilotsuz uçuş aparatları və zirehli texnika, radioelektron kəşfiyyat vasitələri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə qurğuları və bir çox digər müasir silahlar satın alıb. Məqalədə deyilir ki, əməkdaşlıq etdikləri illər ərzində İsraillə Azərbaycan hərbi-sənaye sahəsində təqribən 5 milyard dollarlıq müqavilələr imzalayıblar və onların böyük hissəsi artıq yerinə yetirilib. Daha əvvəl bunu Prezident İlham Əliyev də bəyan edib. Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun (SIPRI) bu yaxınlarda açıqlanmış məruzəsinə görə, Azərbaycan İsrail silahlarının, hərbi texnikasının və hərbi texnologiyalarının 3 əsas alıcısından biridir. SIPRI-nın məlumatına görə, Azərbaycan İsraildən 137 milyon dollarlıq silah satın alıb.

Bu, İsraillə hərbi əməkdaşlığa üstünlük verən ölkə rəhbərliyinin uzaqgörən və müdrik siyasətinin göstəricisidir. Bu gün İsrail silahları dünyanın ən yaxşı silahlarından sayılır, etibarlılığı, yüksək keyfiyyəti və texnoloji mükəmməlliyi ilə seçilir. İsrailin qabaqcıl hərbi texnologiyaları sayəsində Azərbaycan qısa müddətdə özünün silah növləri istehsalını yarada bilib.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 251

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...