QHT və MEDİA
A- A A+

Neft Daşlarında seçicilərlə görüş keçirilib

2018-04-03 21:00:48

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsi namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində "Neft Daşları" qəsəbəsində seçicilər ilə görüş keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Hikmət Şikarov, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitunun direktoru, texnika elmləri doktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Yeni Azərbaycan Partiyası fəalları və seçicilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Neft Daşları" ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov bütün qonaqları və seçiciləri salamlayaraq, 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətinə ətraflı diqqət yönəltdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daim irəliləməsini, Azərbaycanın hаzırda regionun lider dövlət olmasını, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli güclənməsini toplantı iştirakçılarının diqqətinə çatdırdı.

Çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri və Mərkəzi Seçki Qərargahı Pirallahı rayon şöbəsinin rəhbəri Hikmət Şikarov prezident seçkilərinin Azərbaycanın inkişafında böyük əhəmiyyəti ilə bağlı danışaraq hər bir seçicinin bu prosesdə fəal iştirakının vacibliyini vurğulayıb.

O, ölkəmizdə azad, demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şəraitin olduğunu, aprelin 11-də keçiriləcək prezident seçkilərinin ən yüksək demokratik prinsiplərə cavab verəcəyini, Azərbaycanda növbəti prezident seçkilərinin cəmiyyətimizin iqtisadi, ictimai-siyasi, mənəvi-psixoloji durumunun yüksək olduğu bir vaxtda keçirildiyini qeyd edib. O qeyd etdi ki, Xalqımız yaxşı bilir ki, 11 aprel prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi labüddür. Bildirdi ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günə kimi olan müddət Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. O qeyd etdi ki, cənab İlham Əliyevə səs vermək stabilliyə, sabitliyə, inkişaf və tərəqqiyə səs vermək deməkdir.

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitunun direktoru, texnika elmləri doktoru, akademik Rasim Əliquliyev bildirib ki, seçicilər cənab İlham Əliyevə ona görə etimad göstərəcəklər ki, onlar son 15 ildə ölkədəki möhtəşəm inkişafın uğurlu nəticələrini öz şəxsi həyatlarında hiss ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov çıxış edərək bildirib ki, cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiya Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxarıb. 15 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib və yeniləşib.

Seçicilər qarşısında çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə edilən uğurlardan danışıblar. Qeyd olunub ki, həyata keçirilən müvafiq Dövlət proqramları "Neft Daşları"nın da inkişafına təkan verib. Məhz buna görə də Neft Daşları qəsəbəsinin seçiciləri aprelin 11-də bu uğurların davamına səs verəcəklər.

Çıxış edən Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev bu gün ölkəmizin əldə etdiyi uğurlara imza atan cənab İlham Əliyev Azərbaycanı bölgədə də böyük siyasi qüvvəyə çevrib. Bu günləri Azərbaycan Respublikası regionda ən güclü, müstəqil dövlətdir. Qafqazda atılan hər bir addım, siyasi, iqtisadi, mədəni layihələr Azərbaycanın iştirakı və ya rəhbərliyi olmadan həyata keçirilmir.

"Neft Daşları " Neft- Qaz Çıxartma İdarəsinin operatoru İradə İsmayılova çıxış edərək bildirib ki, hər zaman Ulu Öndər Heydər Heydər Əliyevin ideyalarına və İlham Əliyev siyasətinə sədaqətləri ilə seçilən Pirallahı sakinləri qarşıdakı yeddi il ərzində də öz talelərini bu siyasətə bağlayacaqlarına, 11 aprel seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərinə əminliklərini ifadə ediblər. Daha sonra tədbir tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1699

QHT və MEDİA

2020-04-04 09:50:40

QHT və MEDİA
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...
Erməni əsilli musiqiçi Dağlıq Qarabağın ...

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti ...

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...