SOSİAL
A- A A+

Xarici media aprel döyüşlərindən yazıb

2018-04-03 08:30:01

Pakistanın məşhur “Daily Times” qəzetində “Avrasiya-Azərbaycan” Beynəlxalq Ekspert Klubunun direktoru, “Vzglyad.Az” informasiya agentliyinin baş redaktoru Seymur Məmmədovun aprel döyüşlərinə həsr olunan məqaləsi dərc edilib

“Azərbaycan: aprel qələbəsindən iki il sonra” sərlövhəli məqalədə 2016-cı il aprelin 2-nə keçən gecə Ermənistan ilə Azərbaycan arasında başlamış “dördgünlük müharibə” 1994-cü il mayın 12-dən atəşkəs rejiminin qüvvəyə mindiyi vaxtdan bəri ən qanlı müharibə adlandırılır. Müəllif qeyd edir ki, 20 ildən çoxdur Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmaqla sülh danışığı prosesini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 2016-cı il aprelin 2-nə keçən gecə bütün cəbhəboyu Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini şiddətli artilleriya atəşinə tutması nəticəsində dinc insanlar həlak oldular. Bütün bunlar və düşmən qüvvələrinin yüksəklikdə yerləşməsinin onlara Azərbaycanın yaşayış məntəqələrini daim atəşə tutması üçün əlverişli imkan yaratdığı nəzərə alınaraq, düşmən qüvvələrini yaşayış məntəqələrindən geri çəkilməyə məcbur etmək məqsədilə göstəriş verildi. Məqalədə vurğulanır ki, Azərbaycanın Müdafiə Nazirliyi qarşısına tammiqyaslı müharibəyə başlamaq, Dağlıq Qarabağı və ona bitişik ətraf rayonları blits-kriqlə azad etmək vəzifəsini qoymamışdı. Odur ki, Azərbaycan əks-hücuma öz ordusunun az bir hissəsini cəlb etdi. Azərbaycanın əks-hücum əməliyyatı Ermənistanda müharibənin başlanması kimi qəbul edildi. Yerevanda əsl təlaş yarandı: Yerevandan ehtiyat qüvvələr cəlb edildi. Ermənistanın silahlı qüvvələri Azərbaycan mövqelərinə üç gün hücum etdilər. Eyni zamanda, aprel döyüşləri günlərində Ermənistanın müxtəlif şəhərlərində Serj Sarkisyana və iqtidar rejiminə qarşı etiraz aksiyası keçirildi, xalq Sarkisyandan təqsirsiz dinc insanların öldürülməsinə görə izahat tələb etdi.

“İş o yerə çatdı ki, Ermənistan tərəfi hərbi əməliyyatın dayandırılması məqsədilə beynəlxalq təşkilatlara, müxtəlif ölkələrə müraciət etdi. Ermənistan rəhbərliyi Rusiyanın müvafiq strukturlarını vasitəçilik işinə cəlb etdi”, - deyə məqalədə bildirilir.

Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Cəbrayılda Lələtəpə və Talış yüksəklikləri azad edildi, düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. “Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi. Böyük dövlətlər, beynəlxalq təşkilatlar qarışmasaydı, Azərbaycan qısa müddət ərzində torpaqlarını azad edə bilərdi. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir, dünyada heç bir ölkənin və ya beynəlxalq təşkilatın bizim daxili işimizə qarışmağa ixtiyarı yoxdur, çünki Dağlıq Qarabağ beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan rəhbərliyi ordunun güclənməsinə, onun ən yeni hərbi texnika ilə təchiz edilməsinə böyük diqqət ayırır. Azərbaycan əvvəl-axır öz torpaqların işğaldan azad edəcək”, - deyə Seymur Məmmədov öz məqaləsində vurğulayır.(Azərtac)


Kateqoriya : SOSİAL Baxış sayı : 968

QHT və MEDİA

2020-08-11 08:10:22

QHT və MEDİA
Azay Quliyev başa çatan təlimlər haqda: ...
Azay Quliyev başa çatan təlimlər haqda: ...

“Azərbaycan və Türkiyə ordusunun birgə döyüş təlimləri bu gün uğurla başa çat...

2020-08-10 10:35:21

QHT və MEDİA
Xarici media ermənilərin Qafqaza köçürü...
Xarici media ermənilərin Qafqaza köçürü...

Özbəkistanin fikr.uz portalında tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın r...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...