CƏMİYYƏT
A- A A+

Azərbaycanın siyasi uğurlarının müzakirəsi- “Bizim Planet” də

2018-04-02 11:45:02

.

Yeni buraxılışda tamaşaçıları ilə həftənin şənbə günü görüşən "Bizim Planet" verilişi politoloq Rufiz Qonaqov eləcə də, millət vəkilləri Rasim Musabəyov, Çingiz Qənizadə və Aydın Hüseynovun apardıqları müzakirələrlə davam etdirilib. Veriliş boyu həftə ərzində ölkədə baş verən əsas hadisələr və dünyadakı proseslərin Azərbaycana təsiri məsələri ətrafında diskussiyalarda vacib məqamlara toxunulub.

Beynəlxalq Münasibətələrin Araşdırılması Məkəzinin sədri Rufiz Qonaqov ilk növbədə İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri, ikitərəfli əlaqələrdə yeni inkişaf mərhələsinin başlaması, Azərbaycanla İran arasında imzalanmış mühüm tarixi sənədlər və səfər çərçivəsində baş tutan Biznes Formun keçirilməsini tamaşaçıların nəzərinə çatdırıb. Politoloq qeyd edib ki, həmin Biznes Forumda prezident İlham Əliyevin çıxışı mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan- İran münasibətləri möhkəm tarixi və mədəni köklərlə bağlıdır. “Son dörd ildə İranla Azərbaycan arasında imzalanmış önəmli sənədlər ikitərəfli əlaqələrin hərtərəfli inkişafına böyük təkan vermişdir”- deyə Rufiz Qonaqov vurğulayıb.

Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyov qeyd edib ki, “Bu görüşdə müzakirə etmək üçün bir çox məsələlər var. Təhlükəsizlikdən tutmuş Xəzərin statusu ilə bağlı məsələlər.Eləcə də, böyük layihələrdən danışıldı ki, bu İrana da, Azərbaycana da maraqlıdır. O layihələrin təkcə iqtisadi yox, eyni zamanda geopolitik əhəmiyyəti də var. Hamıya məlumdur ki, Qarabağ kofliktinin həll olunmasında İran bilavasitə iştirak etmir. Lakin İran dövlətinin prinsipial mövqeyi bəlli etdi ki, münaqişə dinc yolla, siyasi dialoq, diplomatik vasitələrlə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. “Bizim Planet” verilişində bildirilib ki, Xəzərin hüquqi statusu ilə bağlı daha bir maneənin aradan qalxması, Astara-Rəşt dəmir yolu hissəsinin maliyyələşdirlməsi mövcud olan yeganə boşluğu aradan qaldıracaq.

Müzakirlər zamanı millət vəkili Çingiz Qənizadə bildirib ki, Xəzər dənizin statusu ilə bağlı müəyyən anlaşılmazlıqlar vardı ki, Xəzərin bəzi bloklarının birgə işlədilməsiylə bağlı memorandumun imzalanması münasibətləri normallaşdırıb. Astara-Rəşt dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı imzalanan sənədlər əsasında bu günə qədər olan problemlər öz həllini tapdı. Bu baxımdan Xəzərin hüquqi statusu ilə bağlı mübahisəli məsələlərin həll edilməsində atılan bu addımlar əməkdaşlıq modelində digər qonşu dövlətlər üçün də bir nümunə ola bilər.

Millət vəkili Aydın Hüseynov İranla Azərbaycan arasında olan iqtisadi münasibətlərə ayrı-ayrı faktlarla nəzər yetirib. Deputat bildirib ki, Azərbaycanla İran arasıda keçirilən Biznes Forum siyasi-iqtisadi münasibətlərdə yeni bir mərhələnin əsasını qoyub. “Ticarət yollarının açılması hər iki dövlətin dövriyyəsini daha da artıracaqdır. Belə ki, Bakı-Tibilisi-Qars dəmir yolu Avropa ilə Asiyanı birləşdirən çox mühüm strateji və iqtisadi layihə kimi öz səmərəsini göstərir. Artıq İranla Şimal-Cənub dəmir yolunun açılması və Şərq-Qərb qovuşağına birləşməsi ilə coğrafi və strateji tərəfdaşlıq daha da böyüyəcək”- deyə Aydın Hüseynov vurğulayıb.

Qeyd edilib ki, İran prezidenti bu dəfə olduqca sərt bəyanatlar səsləndirdi. Həsən Ruhani bildirdi ki, “Azərbaycanın təhlükəsizliyi və suverənliyi bizim dövlətimizin təhlükəsizliyi və suverənliyidir. Bu Ermənistana və onun arxasında duran qüvvətli dövlətlərə bir mesaj idi”-deyə vurğulanıb. Bundan başqa H.Ruhaninin Azərbaycanın ərazi bütövlüyünün, suverənliyinin tanınması və İranın bu faktla bağlı Azərbaycanın, eləcə də beynəlxalq hüququn yanında olması fikrini səsləndirməsi olduqca vacib şərtlərdəndir.

Verilişdə 31 Mart Azərbaycanlıların soyqırımından 100 il keçməsi və genosidin tanıdılmasında görülən işlər, eyni zamanda beynəlxalq aləmin məsələ ilə bağlı ikili standartlarından söhbət açılıb. Bildirilib ki, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində soyqırımın tanıdılması ilə bağlı müxtəlif aksiyalar keçirilir, yürüşlər təşkil olunur. Azərbaycan dövləti dəfələrlə beynəlxalq tədbirlərdə tarix boyu azərbaycanlılara qarşı törədilən bütün soyqırımlara qarşı ədalətli cavab verilməsini tələb edib.

Vurğulanıb ki, istər mart soyqırımı ərəfəsində keçirilən etiraz yürüşləri, istər “Xocalıya ədalət” kampaniyası azərbaycanlılara qarşı törədilən bu vəhşilikləri dünya ictimaiyyətinə tanıtdırıb. Qeyd edilib ki, ermənilər tərəfindən törədilən bu cinayətlər ayrı-ayrı dövlətlər tərəfindən tanınmasına baxmayaraq Ermənistan hələ də işğalçı və terrorçu dövlət kimi mövcuddur. Vuruğulanıb ki, beynəlxalq aləm nə qədər ikili standartlardan çıxış etsə də Azərbaycan hərbi hüquqları çərçivəsində bu vəhşiliklərin layiqli cazasını özü verəcək.

“Bizim Planet”də aparılan müzakirələr zamanı ABŞ-ın Ermənistana maliyyə yardımını dayandırması məsələsinə də toxunulub. Bildirilib ki, Ukrayna və Gürcüstandan fərqli olaraq Ermənistana maliyyə dəstəyinin verilməməsi artıq sübut edir ki, Amerikanın Ermənistana heç bir marağı yoxdur. Bu da Ermənistan diplomatiyasının növbəti uğursuzluğudur. Ermənistana maliyyə yardımının ayrılmaması onu da göstərir ki, suriyalı qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsi siyasi mexanizmi də artıq işləməyəcək. Burada təkcə Amerika deyil, digər ölkələr də Ermənistana gözlədikləri yardımları verməyəcəklər. Bu məsələ Ermənistan dövlətinin siyasi və iqtisadi süqutunun başlanğıcı kimi qeyd olunub.

Verilişdə son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyalarına da nəzər yetirilib. Bildirilib ki, dünyada gedən prosesslərə sosial medianın çox böyük təsiri var. Bu gün ölkəmizə qarşı sosial şəbəkələr üzərindən müəyyən qüvvələrin yenidən fəallaşmasının şahidi oluruq. Azərbaycana qarşı atılan bu şər və böhtan dolu addımlar sübut edir ki, dövlətimizin güclənməsi onu gözü götürməyən hansısa dairələri ciddi narahat edir. Facebook, instagram, twitter, whatsapp kimi sosial şəbəkələr üzərindən Azərbyacana, onun simvollarına qarşı hörmətsizliklə yanaşanlar sözsüz ki, hansısa qüvvələrin təsiri və maliyyə dəstəyi ilə çıxış edənlərdir. Qeyd olunub ki, Azərbaycanda mobil internet, sosial media, söz, mətbuat azadlıqları mövcuddur. Bildirilib ki, Böyük Britaniya və bir çox ölklərdə seçki zamanı müəyyən problemlər yaranarkən sosial şəbəkələrdən istifadə imkanları məhdudlaşdırılır. Lakin Azərbaycanda bu gün istənilən məlumatı almaq və ötürmək imanları mövcuddur.

Vurğulanıb ki, 2011-2012-ci illərdə Yaxı Şərqdə baş verən “Ərəb baharı” adlı hadisələr məhz sosial şəbəklər üzərindən başladı. O zaman da Azərbaycana qarşı bu cür təhdidlər irəli sürülürdü ki, bu da heç bir nəticə verməmişdi. Çox acınacaqlı haldır ki, həmin ssenari bu gün də oynanılır. Bildirilib ki, sosial şəbəkələrdən hansısa mənfi məqsədlər üçün istifadə edənlərə əks təsir göstərmək üçün Azərbaycanda daha yüksək potensial var. Qeyd olunub ki, bir qrup şəxsi öz əllərində oyuncağa çevirməklə ölkəmizdəki sabitliyi pozmağa çalışan həmin qüvvələr öz mənfur niyyətlərinə çata bilməyəcəklər.

“Bizim Planet” verilişi boyu irəli sürülən bu fikirlər onu sübut edir ki, Azərbaycan dövlətinin daxili və xarici siyasəti yad ünsürlərdən uzaqdır. Heç bir ünsür, heç bir qüvvə Azərbaycanda mövcud olan xalq-iqtidar birliyinə qarşı savaşa bilməz.

“Ağ Yol” İnformasiya Agentliyi


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 840

QHT və MEDİA

2018-09-22 09:20:06

QHT və MEDİA
Ermənilər girov götürdükləri azərbaycanl...
Ermənilər girov götürdükləri azərbaycanl...

Trend-in məlumatına görə, bu barədə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İct...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-24 08:15:00

CƏMİYYƏT
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...
Milli Qəhrəmanımız Mübariz İbrahimovun a...

Açılış mərasimində “Mübariz olaq” adlı rəsm sərgisi də təşkil edilib. Tədbiri...

2018-09-22 09:40:24

CƏMİYYƏT
“Cümhuriyyət dövründə qəbul edilən qərar...
“Cümhuriyyət dövründə qəbul edilən qərar...

Bu sözləri Fransa-Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan-Fransua...

İQTİSADİ

2018-09-24 22:30:18

İQTİSADİ
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...
"Büdcə layihəsi qlobal maliyyə-iqtisadi ...

Trend-in məlumatına görə, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə ...

2018-09-24 08:25:39

İQTİSADİ
Azərbaycan və Aİ arasında yeni sazişlə b...
Azərbaycan və Aİ arasında yeni sazişlə b...

Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq haqqında yeni saziş üzrə d...