SOSİAL
A- A A+

Pirallahıda Qadınlar Şurasının təşkilatçılığı ilə qadın seçicilərlə görüş keçirilib

2018-03-31 19:30:50

.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının şəhər və rayon şöbələri prezident seçkisi ilə bağlı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirirlər. Partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd İlham Əliyevin seçki kampaniyası çərçivəsində növbəti görüş Pirallahı rayon qadınları ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi seçki Qərargahının Pirallahı rayon Şöbəsinin sədri Hikmət Şikarov ilk öncə son 15 ildə Prezident İlham Əliyevin siyasəti nəticəsində qazanılan uğurlardan danışıb. Dövlətimiz tərəfindən bütün təbəqələrdən olan insanlara xüsusi diqqət və qayğı göstərildiyini, onların maddi-rifah halının yaxşılaşdırılması, onlara normal həyat şəraitinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyünü söyləyib.

Sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva Azərbaycan qadınlarının ictimai-siyasi həyatdakı fəal rolu barədə məlumat verərək bildirib ki, Azərbaycan qadını Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov öz çıxışında bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadınların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasətin uğurla həyata keçirildiyini bildirdi. Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycan qadını kişilərlə çiyin-çiyinə çalışır, qurub-yaradır, dəhşətli müharibənin vurduğu yaralara, zərbələrə dəyanətlə, ləyaqətlə dözür, vətən, el-oba, doğma ocaq həsrəti çəkir, lakin yeni əsr, yeni zamanla üz-üzə durduğu indiki dövrün məna və məsuliyyətini, mahiyyət və məqsədini unutmur. Çünki bu gün yaşadıqları ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan – qurmaq, idarə etmək, özünü sübuta yetirmək, təsdiq etmək kimi şərait yaranmışdır.

Görüşdə rayon ziyalıları adından çıxış edən Həcər Ramazanova və Sevda Alxasova söyləyiblər ki, hər zaman olduğu kimi bu dəfə də Pirallahı rayon qadınları Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəkləyir və alternativsiz liderinə dəstəyini səsvermə məntəqələrində fəallığı ilə isbatlayacaq. Daha sonra görüşdə çıxış edən YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Günel Məmmədova Azərbaycanda qadınların ictimai-siyasi fəallığının təmin edilməsi üçün hər cür şəraitın yaradıldığından bəhs edib. Bildirib ki, Pirallahı qadınları qarşıdan gələn prezident seçkilərində ölkəmizin dinamik inkişafını təmin edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycana beynəlxalq aləmdə böyük nüfuz qazandıran cənab İlham Əliyevin namizədliyini dəstəkləyir, cəmiyyətimizin bütün üzvlərini onun ətrafında sıx birləşməyə çağırırlar.

  • @continue

Kateqoriya : SOSİAL Baxış sayı : 847

QHT və MEDİA

2019-04-19 09:00:31

QHT və MEDİA
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...
Ərtoğrol Cavidin yubileyi keçiriləcək...

Naxçıvan Muxtar Respublikasında Ərtoğrol Cavidin 100 illik yubileyi keçiriləc...

2019-04-18 11:15:30

QHT və MEDİA
Azay Quliyev Türkiyə parlamentinin vitse...
Azay Quliyev Türkiyə parlamentinin vitse...

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay...

CƏMİYYƏT

2019-04-19 08:50:54

CƏMİYYƏT
"Anlamaq dərdi"ni anlamaq dərdi
"Anlamaq dərdi"ni anlamaq dərdi

Bu mənada Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Rə...

2019-04-16 08:45:44

CƏMİYYƏT
Prezident Dövlət Himnindən istifadə qayd...
Prezident Dövlət Himnindən istifadə qayd...

Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinə və “Azərba...

İQTİSADİ

2019-04-18 11:35:23

İQTİSADİ
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...
TANAP vasitəsilə Avropaya qaz nəqlində s...

Avropaya qaz nəqli üçün nəzərdə tutulan 2-ci fazanın istismara verilməsi çər...

2019-04-17 09:45:15

İQTİSADİ
İtaliya mətbuatında Azərbaycanın neft sə...
İtaliya mətbuatında Azərbaycanın neft sə...

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər saytında “Azərbaycan neft sənayesinə ...