QHT və MEDİA
A- A A+

Mart harayı

2018-03-31 15:35:47

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

Bu günün təqvimini rəsmən tariximizə daxil etdirən ümummilli liderimiz Heydər Əliyevin ruhunu ehtiramla anırıq. Amma bununla bərabər hər birimiz tarixi düşmənlərimizin xalqımızın başına gətirdikləri faciələri heç zaman unutmamalıyıq, hətta gələcəkdə sülh müqaviləsi bağlandıqdan sonra da belə… Tarix həqiqətən də unudulmur.

Bəli, ötən yüzilliyin müxtəlif dönəmlərində, ələlxüsus da 1918-ci ildə Bakıda, Qubada, Şamaxıda və sair bölgələrimizdə erməni vəhşiliyi tüğyan edərək oradakı insanları kütləvi qətliamlara məruz qoymuşlar. Bu barədə tarixçilərimiz, araşdırmaçılarımız, politoloqlarımız kifayət qədər qiymətli materiallar toplayaraq sanballı kitablar çap etdirmişlər. Amma o zamankı faciə qurbanları olan soydaşlarımızın bir qismi, yəni azyaşlı uşaqlardan sağ-salamatı qalarkən öz qan yaddaşlarına həmin dəhşətli hadisələri qorxulu yuxu kimi həkk etmişlər. Onları “canlı tarix” də adlandırmaq olar.

Artıq bu il o müdhiş olaylardan 100 il ötür.

Qeyd etdiyimiz kimi həmin hadisələri uşaqlıq yaddaşında saxlayan canlı şahidlər ilə ahıl çağında görüşüb səslərini lentə alan və sonradan çox dəyərli sənədli əsərə - “1918-ci il hadisələri-dünyasını dəyişən şahidlər, unudulmayan tarix”adlı kitaba çevirən istedadlı jurnalist və tədqiqatçı Əkrəm Bəydəmirli sözün əsl mənasında tariximizin bəzi açılmamış qaranlıq səhifələrinə işıq salmışdır. Və bununla kifayətlənməyən müəllif Əkrəm Bəydəmirli digər bir missiyanı da öz üzərinə götürdüşdür. Bu, həmin Mart qırğınının acısını yaşamış şahidlərin ifadələrini- əslində isə “Mart harayı”nı dünyaya çatdırmaq üçün “1918-ci il hadisələri-dünyasını dəyişən şahidlər, unudulmayan tarix”adlı kitabın ingilis dilində “The Events of 1918: Dıed Witnessess, Unforgettable History” çap etdirib və gücü çatan qədər xarici ölkələrə müxtəlif vasitələrlə göndərə bilmişdir.

İstedadlı yazar Əkrəm Bəydəmirlinin bir neçə il öncə sadaladığım gərgin fəaliyyəti nəticəsində onun çox ağır bir işin öhdəsindən layiqincə gələ bilməsi alqışa layiqdir və əsl vətənpərvər Azərbaycan oğlunun daha bir keyfiyyətini öz şəxsində əks etdirməsidir. Onu da qeyd edim ki, mən Əkrəm Bəydəmirlinin iki dildə olan “1918-ci il hadisələri-dünyasını dəyişən şahidlər, unudulmayan tarix”və “The Events of 1918: Dıed Witnessess, Unforgettable History” adlı kitablarında şahidlərin ifadələrini təsadüfən “Mart harayı” adlandırmadım. Çünki “Mart harayı” deyəndə, müasir insanların göz önündə “Qərbi Azərbaycan harayı”, “Xocalı harayı”, ”Ağdaban harayı “ bir sözlə, Qarabağ və işğalda olan ərazilərimizdə erməni vəhşiliyinin qurbanlarının da ruhlarının harayı, əsir, girov və didərgin düşmüş soydaşlarımızın da harayı canlanır.

Bu soyqırımlarının dünəni ilə bugününü əlaqələrdirmə isə günümüzdə erməni nasiszminin ifrat eybəcərliyini nümayiş etdirməkdir. Və mənfur düşmənlərin zaman-zaman hədəfinə tuş gələn azərbaycanlıların harayıdır, ölkə başçımızın yüksək tribunalardan dünyaya bəyan etdiyi Azərbaycan Respublikasının haqq sözüdür...

Bu mənada müəllifi Əkrəm Bəydəmirli olan haqqında bəhs etdiyimiz kitabların dünya oxucularına çatdırılması beynəlxalq auditoriya üçün də maraqlı və inandırıcıdır…Bu kitabların təbliği işinə aidiyyatlı qurumlarla, ayrı-ayrı iş adamları ilə birlikdə xaricdə yaşayan soydaşlarımızın və dostlarımızın da cəlb olunması zəruridir.

Şahnaz Ağamir Azərtük

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1935

QHT və MEDİA

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

2020-01-19 14:35:26

QHT və MEDİA
Azay Quliyev məhəllələrdə görüşlər keçir...
Azay Quliyev məhəllələrdə görüşlər keçir...

"İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci s...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...