MƏDƏNİ
A- A A+

İstiqlal Muzeyində “Əsrin sınağı” adlı sərgi açılıb

2018-03-31 11:10:06

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Əsrin sınağı” adlı tədbir-sərgi keçirilib

Tədbir ölkə başçısının imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” müvafiq Sərəncama əsasən təşkil edilib. Sərgidə muzeyin fondlarında saxlanılan və muzeyə yeni daxil olmuş Azərbaycan xalqının başına gətirilmiş dəhşətləri özündə əks etdirən Sabir Çopurovun, Nazim Məmmədovun, Cavid Bayramlının, Sara Manafovanın, Əşrəf Heybətovun, Rahib Qarayevin, Mehriban Şəmsəddinskayanın 25 rəsm və heykəltəraşlıq nümunələri nümayiş olunub.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, professor Həvva Məmmədova çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.

Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. AXC-nin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin dəhşətli hadisələrə hüquqi-siyasi qiymət verilmiş və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Sonda Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı bədii hissə təqdim olunub.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 217

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...