2018-03-31 10:45:53 | İQTİSADİYYAT
UNEC-də əlilliyi olan tələbələr üçün əmək yarmarkası

Mayın 5-də Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və UNEC-in birgə təşkilatçılığı ilə əlilliyi olan tələbələr üçün əmək yarmarkası keçiriləcək

Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi yarmarkanın keçirilməsində də məqsəd məhz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsidir. Ölkə başçısının sosial sahənin inkişafı ilə bağlı siyasətinin əsas istiqamətlərindən biri də əlilliyi olan gənclərin bütün sahələrdə xidmətlərə əlçatanlığı təmin edən və onlardan bərabərhüquqlu istifadəyə imkan verən inklüziv mühitin yaradılmasına yönəlib.

Ölkəmizdə inklüziv təhsil sisteminin beynəlxalq normalara uyğun qurularaq inkişaf etdirilməsi üçün konkret proqramlar icra olunur. Dövlət başçısının təsdiqlədiyi “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməyə, onların təhsili və məşğulluğu üçün maneəsiz mühit yaratmağa xidmət edir.

Əmək yarmarkasında UNEC-lə yanaşı, digər ali təhsil ocaqlarının da əlilliyi olan tələbə, magistr və məzunları mezun@unec.edu.az ünvanına CV göndərməklə iştirak edə bilərlər. Elektron CV bazası yaradılaraq, müfaviq nazirlik, təşkilat və şirkətlərə təqdim ediləcək.

Baxış sayı : 1134
Vətən müharibəsində şəhidlərimizin sayı açıqlandı 2020-12-03 15:00:46 Ermənilər Gürcüstan sərhədində buraxılış məntəqəsini hansı məqsədlə açır? 2020-12-03 10:20:40 “Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır” 2020-12-03 09:50:31 Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi 2020-12-03 09:30:47 Laçında Ağoğlan məbədinin üzərində erməni dilində 26 saxta "tarixi" lövhə yerləşdirilib 2020-12-03 09:10:46 Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi 2020-12-03 08:00:56 Uğur olsun, igid əsgər! 2020-12-03 07:30:41 Qarabağ - Azərbaycan xalqının milli ruhunun formalaşdığı müqəddəs yerdir 2020-12-02 19:35:20 8 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olundu 2020-12-02 19:25:06 Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək sessiyanın gündəliyi açıqlandı 2020-12-02 15:50:44 General Yücel Karauz: Azərbaycan işğal altındakı torpaqları azad edərək dövlətçilik tarixində şanlı səhifə yazdı 2020-12-02 08:50:59 “Qarabağ – mədəniyyətimizin beşiyi”: Mamayı məscidi 2020-12-02 07:40:43 Azərbaycan bütövdür! 2020-12-02 07:35:02 Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi 2020-12-02 06:45:22 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 2020-12-02 06:45:17 Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28