SİYASƏT
A- A A+

31 Mart Soyqırımından 100 il ötür

2018-03-31 10:00:47

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 100 il ötür

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.

Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir. Azərbaycan prezidenti İlham Əliyev 1918-ci ildə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında sərəncam imzalayıb. Prezident Administrasiyasına bununla əlaqədar tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.


Kateqoriya : SİYASƏT Baxış sayı : 218

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...