SİYASƏT
A- A A+

"Erməni millətçilərinin "Böyük Ermənistan" xülyası Cənubi Qafqaza daim fəlakət gətirib"

2018-03-30 20:00:38

.

“Soyqırımla bağlı Azərbaycan prezidentinin müvafiq sərəncamı əsasında geniş tədbirlər keçirilir. Sərəncamda erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının geniş təbliğ olunması, qeyd olunması üçün bütün zəruri məqamlar əksini tapıb”. APA-nın məlumatına görə, bunu Milli Məclisin xüsusi iclasında sədr Oqtay Əsədov deyib.

O bildirib ki, erməni məsələsi Cənubi Qafqazda 1828-ci ildə Şimali Qafqazın Çar Rusiyası tərəfindən işğalı ilə başlayıb: "Çar Rusiyası işğal edilən ərazilərdə öz mövqelərini möhkəmləndirmək üçün İran və Osmanlıdan ermənilərin köçürülməsini həyata keçirib. Artıq XX əsrin sonlarında Qafqaza 1 milyon erməni köçürülüb. Erməni millətçilərinin “Böyük Ermənistan” xülyası Cənubi Qafqaza daim fəlakətlər gətirib. Nəticədə 2 milyona yaxın insan öldürülüb. Bakıda, İrəvanda, Dərələyəzdə, Anadoluda, Tiflisdə, Şamaxıda və digər yerlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilib. 31 mart bu soyqrımların ən dəhşətlisidir. Təkcə Bakıda 10 mindən çox insan öldürülüb.

Ermənilərin Qərbi Azərbaycanda və indiki Ermənistanda həyata keçirdiyi etnik siyasət nəticəsində orada bir nəfər də azərbaycanlı qalmayıb. Ümummilli lider Heydər Əliyev ermənilərin azərbaycanlılara qarşı soyqırımına xüsusi diqqət yetirib və bununla bağlı sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf edir. Bu, yeni bir soyqrımın baş verməməsinə ən tutarlı cavabdır. Prezident çıxışında dəfələrlə qeyd edib ki, İrəvan, Zəngəzur Azərbaycanın ərazilərdir. Bunu sübut etməyə ehtiyac yoxdur. Əminəm ki, işğal altındakı ərazilər azad ediləcək".


Kateqoriya : SİYASƏT Baxış sayı : 1096

QHT və MEDİA

2020-08-13 08:05:34

QHT və MEDİA
Şuranın dəstəyilə mədəni sərvətlərimizin...
Şuranın dəstəyilə mədəni sərvətlərimizin...

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyi Azərbaycan Respulikasının P...

2020-08-12 07:15:24

QHT və MEDİA
Azərbaycan səfirinin müsahibəsi Niderlan...
Azərbaycan səfirinin müsahibəsi Niderlan...

Niderlandın “Live i Live BV” və “Proost” şirkətləri tərəfindən ənənəvi olaraq...

CƏMİYYƏT

2020-08-08 08:55:47

CƏMİYYƏT
Azərbaycana şöhrət gətirən rənglər...
Azərbaycana şöhrət gətirən rənglər...

Xalq rəssamı, Dövlət mükafatları laureatı Toğrul Nərimanbəyov bənzərsiz yarad...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-12 08:35:12

İQTİSADİ
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...
“Qarabağ”a qayıdış: Azərbaycan tarixində...

Məlumat üçün bildirək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku ...

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...