SOSİAL
A- A A+

31 Mart soyqırımı Los Ancelesdə anıldı

2018-03-30 08:20:45

1918-ci ildə Azərbaycan xalqına törədilmiş soyqırımının 100-cü ildönümü ilə əlaqədar 27 mart 2018-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda geniş anma tədbiri keçirilib

Tədbirdə Azərbaycan icmasının üzvləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər. Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixindən bəhs edərək, bu soyqırımının Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında özünün ağır və dəhşətli nəticələri ilə seçildiyini bildirib. Baş konsul çıxışı zamanı həmin illərə aid sənədlər və fotofaktlar təqdim edərək, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra digər şəhər və rayonlarında törədilən kütləvi qırğınlar nəticəsində minlərlə dinc sakinin ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini vurğulayıb.

Quba rayonunda törədilən qətliamda müsəlman azərbaycanlılarla yanaşı böyük sayda yəhudilərin də erməni daşnakları tərəfindən öldürüldüyünü qeyd edən N.Ağayev tarixən Azərbaycanda qardaşlıq şəraitində yaşamış müsəlman və yəhudilərin 1918-ci ildə Azərbaycanın bolşevik-daşnak işğalına qarşı birgə müqavimət göstərdiklərini diqqətə çatdırıb. Baş konsul qeyd edib ki, bütün bu soyqırım tarixinə, eləcə də Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına və 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qoyulmasına baxmayaraq, bu gün Ermənistandan fərqli olaraq Azərbaycan xalqı öz övladlarına nifrət hissləri aşılamır, əksinə gənc nəsli xalqlar və dinlərarası qarşılıqlı hörmət, tolerantlıq dəyərləri ilə yetişdirir. Bu isə Azərbaycan xalqının yüksək mənəviyyatından və mədəniyyətindən xəbər verir.

Sonra Kaliforniyada nəşr olunmuş “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi, amerikalı journalist Raul Kontreras (Raoul Contreras) çıxış edərək, xalqımızın başına gətirilən faciələri yaxından araşdırdığını, XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı insanlığa zidd millətçilik, müntəzəm deportasiya və mədəni irsimizin məhv edilməsi vasitəsilə davamlı soyqırımı siyasəti həyata keçirdiyini bildirib.

Çıxışlardan sonra müsəlman, xristian və zərdüşt din xadimləri tərəfindən soyqırıma məruz qalan azərbaycanlıların ruhuna dualar oxunub. Sonra Los Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abrams (Jason Abrams), azərbaycanlı skripkaçı Elvina Qurbanova və azərbaycanlı gənc vokalist, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Emin Eminzadənin ifalarında Azərbaycan və dünya klassikasından həzin musiqi əsərləri təqdim olunub. Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 200

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...