QHT və MEDİA
A- A A+

Şura 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi münasibətilə konfrans keçirib

2018-03-29 20:10:59

Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın 100 illiyinə həsr olunan konfrans keçirib

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov giriş nitqi ilə çıxış edərək konfransın cənab prezident İlham Əliyevin 18 yanvar 2018-ci ildə imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncama uyğun olaraq keçirildiyini bildirib.

F. Qurbanov ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı tarixi sərəncamı ilə 31 martın azərbaycanlıların soyqımı günü elan edilərək hadisəyə siyasi qiymətin verildiyini deyib. Fərasət Qurbanov ermənilərin Cənubi Qafqaza köçürülməsinin elə də uzaq tarix olmadığını və gələcək faciələrin əsasının XIX əsrin əvvəllərində qoyulduğunu qeyd edib. F.Qurbanov 1918-ci ilin martında Azərbaycanın Bakı, Şamaxı, Quba, Zəngəzur, Lənkəran və digər ərazilərində on minlərlə azərbaycanlının məhz milli, dini mənsubiyyətinə görə qətlə yetirildiyini, ermənilərin xalqımıza qarşı soyqırım törətdiyini vurğulayıb. İcraçı direktor ötən əsrin əvvəlində soydaşlarımıza qarşı törədilmiş soyqırım hadisəsi ilə bağlı elmə və ictimaiyyətə məlum olmayan faktların aşkarlanan faktlarlardan xeyli çox olduğunu deyib. Fərasət Qurbanov Şuranın 2018-ci il ikinci qrant müsabiqəsində sözügedən mövzu ilə bağlı “1918-ci il azərbaycanlılarının soyqırımının yüzüncü ildönümü” ilə bağlı təşəbbüslər” adı ilə xüsusi yer ayırdığını və QHT-lərdən bu istiqamətdə effektiv layihə təklifləri gözlədiklərini vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov konfransda “Bakı və Gəncə (Yelizavetpol) quberniyalarında azərbaycanlıların soyqırımı (1918-1920)” mövzusunda məruzə ilə çıxış edib. V. Abışov Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Tədqiqat Komissiyasının sənədlərinə görə Bakıda 12, Şamaxıda 8, Qubada 4 mindən artıq mülki azərbaycanlının xüsusi vəhşiliklə qətlə yetirildiyini bildirib: ”Azərbaycanlılara qarşı törədilən soyqırımın əsas təşkilatçıları bolşevik maskası taxmış daşnaklar-Şamuyan, Mikoyan və digər ermənilər idi. Soyqırım yalnız Arazdan quzeydəki ərazilərimizdə deyil, Güney Azərbaycanın Maku, Səlmas, Urmu, Xoy və digər şəhərlərində də həyata keçirilib. İran tarixçilərinin son tədqiqatları göstərir ki, erməni silahlı dəstələri 1918-ci ildə Güney Azərbaycanda 176-200 min nəfər arası türk-müsəlman əhalini qətlə yetirib”.

Tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə “Stepan Şaumyan 1918-ci ilin yazında azərbaycanlıların soyqırımının baş təşkilatçısı kimi” mövzusunda məruzə edib. Natiq Məmmədzadə qeyd edib ki, həmin dövrə aid olan çoxsaylı sənədlər ermənilərin azərbaycanlıları kütləvi şəkildə qətlə yetirilməsinin məqsədli şəkildə törədilən soyqırım hadisəsi olduğunu sübut edir. N. Məmmədzadə 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçrilən soyqırımın o vaxtki dövlət qurumu olan Bakı Soveti tərəfindən təşkil edilyini deyib: “Stepan Şumuyan sonralar etiraf edirdi ki, Bakı Sovetinin 6, daşnakların 3-4 minlik silahlı dəstəsi onun ixtiyarında idi. Əgər Bakının yerli əhalisi olan azərbaycanlıları qətlə yetirməsəydik Bakı Azərbaycanın paytaxtına çevriləcəkdi. Ona görə biz bu qırğına şüurulu olaraq getdik”.

QHT rəhbərləri Fəridə Əsgərova, Nüşabə Məmmədova, Rauf Zeyni, Mehriban Vəzir, Əkrəm Baydəmirli, Esmira Orucova, Nəsimi Qarabağlı, Faiq İsmayılov, Radə Abbas, Rasim Məmmədov, Zəminə Səfərova və digər şəxslər çıxış edərək mövzuyla bağlı fikirlərini bildiriblər. Konfransda Norveç və Serbiyanın ölkəmizdəki səfirləri, İtalya, Türkiyə, Belarusiya və Almaniya səfirliklərinin nümayəndələri də iştirak edib.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 508

QHT və MEDİA

2019-06-27 07:40:15

QHT və MEDİA
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...
Səfir Polad Bülbüloğlu: “Müharibə hələ b...

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bu fikirləri Azərbaycanın Rus...

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...