MƏDƏNİ
A- A A+

Aida Eyvazlının şəhidlərlə bağlı yeni kitabı çıxdı

2018-03-29 08:20:55

Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhidlərin və qazilərin həyatını və həmin döyüş günlərini qələmə alan publisist-jurnalist Aida Eyvazlının (Göytürk) “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildi işıq üzü görüb

İki illik əməyin nəticəsi olan kitabın birinci cildi ötən il, Aprel döyüşlərinin 1 illiyi ərəfəsində çap olunub. Əsər Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir” – sözləri ilə başlayır.

Kitabın ikinci cildinə “Ön söz”ü Milli Məclisinin deputatı, tanınmış yazıçı-publisist Aqil Abbas yazıb. 448 səhifədən ibarət kitabda Aprel döyüşündə həlak olan qəhrəmanlarımızın qısa, lakin şərəfli həyat yolundan onların doğmaları, dostları söhbət açıb, igid oğullarımızın həyatlarının müxtəlif məqamlarından ibarət rəngli şəkilləri də xatirə kimi kitabda yer alıb. Kitabda, eyni zamanda, Aprel döyüşünün iştirakçısı olan qazilərimiz də şahid kimi həmin döyüşlərdə baş verən hadisələrdən danışıblar.

“Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildində Azərbaycan folklorunun inciləri olan bayatılar anaların dilindən onların ağrıları kimi istifadə edilib. Oxucular, eyni zamanda, Azərbaycanın kəşməkeşli tarixi, müxtəlif zamanlarda ermənilərin və onların havadarlarının Vətənimizə qarşı törətdiyi qanlı hadisələr, həmçinin əfsanəvi xüsusi təyinatlıların həyatlarının müxtəlif maraqlı məqamları ilə tanış ola biləcəklər. Kitabda həm də, ermənilərin bu günə qədər öldürdüyü uşaqlar barədə də materiallar öz əksini tapıb. Oxucular xüsusi təyinatlı hərbi birləşmələrin iş prinsipi barədə də maraqlı məlumatlar əldə edəcəklər.

İkinci cilddə Aida Eyvazlı Göytürkün şəhidlərın ömür yoluna həsr etdiyi şeirləri və türk dünyasının qəhrəmanlıq tarixindən, ilk dövlətçiliyindən bəhs edən “Ötükən və Kür Şad” dastanı da yer alıb. Bu dastan Aprel döyüşünün qəhrəmanlarının xatirəsinə bir ehtiramdır. Nəfis tərtibatlı kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb. (Modern.az)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 535

QHT və MEDİA

2019-05-20 08:25:19

QHT və MEDİA
Avropada təhsil alan azərbaycanlı gənclə...
Avropada təhsil alan azərbaycanlı gənclə...

Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr...

2019-05-18 10:35:39

QHT və MEDİA
Beynəlxalq Münasibətlərin Araşdırılması ...
Beynəlxalq Münasibətlərin Araşdırılması ...

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcə...

CƏMİYYƏT

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

2019-05-17 22:25:16

CƏMİYYƏT
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...
Qəhrəmanlarımız heç vaxt unudulmamalıdır...

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan R...

İQTİSADİ

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...

2019-05-14 07:35:20

İQTİSADİ
Avropaya ixracat
Avropaya ixracat

Mayın 1-dən etibarən "Azərenerji" ASC Yunanıstan, Rumıniya və Macarıstana ele...