CƏMİYYƏT
A- A A+

BMT-də Azərbaycanın da irəli sürdüyü yeni qətnamə qəbul edilib

2018-03-28 09:45:55

.

BMT-nin İnsan Hüquqları Şurasının martın 23-də Cenevrədə keçirilmiş 37-ci sessiyası çərçivəsində Azərbaycanın Braziliya, Çili, Danimarka, Ekvador, Fici, Kanada, Lüksemburq, Portuqaliya, Ruanda, Syerra Leone, Tayland və Uruqvay ilə birgə irəli sürdüyü daha bir sənəd - “İnsan hüquqlarının təşviqi, müdafiəsi və Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi” adlı qətnamə Şuranın üzvləri tərəfindən yekdilliklə qəbul edilib. Qətnaməyə 69 ölkə həmmüəllif qismində qoşulub.

XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qətnamənin əsas məqsədi insan hüquqlarının təşviqi və müdafiəsi ilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi arasında mövcud olan qarşılıqlı əlaqələrin vurğulanması və BMT-nin üzv ölkələrinin bu sahədə əldə etdikləri müsbət təcrübələrini bölüşmələri üçün müvafiq platformanın yaradılması olub. Qətnaməyə əsasən 2018 və 2019-cu illərdə Cenevrədə BMT-nin üzv ölkələrinin illik görüşlərin təşkil edilməsi nəzərdə tutulur. Sözügedən görüşlərin nəticələri barədə Cenevrədə yerləşən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən hazırlanacaq hesabatların İnsan Hüquqları Şurasına və Nyu-Yorkda hər il keçirilən Dayanıqlı İnkişaf Məqsədlərinin icrası üzrə Yüksək Səviyyəli Siyasi Foruma təqdim edilməsi nəzərdə tutulur.

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın və yuxarıda adları sadalanan ölkələrin birgə səyləri nəticəsində qeyd edilən qətnamənin qəbulu Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun, eləcə də milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının və insan hüquqlarının müdafiəsinin təmin edilməsi üzrə zəngin təcrübəyə malik olan ölkə kimi qəbul edilməsinin əyani göstəricisidir.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 278

QHT və MEDİA

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

2018-10-18 21:20:32

QHT və MEDİA
QHT-nin hesabat xarakterli yekun tədbir...
QHT-nin hesabat xarakterli yekun tədbir...

Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə Demokratik Cə...

CƏMİYYƏT

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

2018-10-19 00:30:28

CƏMİYYƏT
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...
Ucarda Şuranın fəaliyyətinin 10 illiyinə...

Fact-info.az-a daxil olan məlumata görə, toplantıda Şuranın 10 illik fəaliy...

İQTİSADİ

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...

2018-10-15 09:15:37

İQTİSADİ
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...
"Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ...

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kaf...