QHT və MEDİA
A- A A+

Pirallahıda “İLHAMLA İRƏLİ!" şüarı altında tədbir keçirilib

2018-03-27 22:35:37

.

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Pirallahı rayon Şöbəsində Yeni Azərbaycan Partiyası tərəfindən bu ilin 11 aprelində keçiriləcək Prezident seçkilərində namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Pirallahı rayonundan olan seçicilərlə görüş keçirildi. Görüşdə YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon Şöbəsinin sədri Hikmət Şikarov, Milli Məclisin deputatı, Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev, Milli Məclisin deputatı, İqtisadi Siyasət Komitəsinin üzvü, MDB Parlamentlərarası Assambleyanın Siyasi məsələlər və Beynəlxalq əməkdaşlıq daimi komissiyasının sədr müavini Rüfət Quliyev, YAP Siyasi Şurasının üzvü, “ İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycanın Milli Qəhrəmanı Bəxtiyar Allahverdiyev, YAP fəalları və seçicilər iştirak ediblər.

Görüşü giriş nitqi ilə açan YAP Pirallahı rayon təşkilatının sədri, YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon Şöbəsinin sədri Hikmət Şikarov bütün qonaqları və seçiciləri salamlıyaraq, bu ilin aprelin 11-də keçiriləcək Prezident seçkilərinə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin siyasi fəaliyyətinə ətraflı diqqət yönəltdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daim irəliləməsini, Azərbaycanın hazırda regionun lider dövlət olması, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin xeyli güclənməsini, Azərbaycan iqtisadiyyatının inkişaf etməsini, ölkəmizin həm regionda, həm də dünyada mövqeyinin ciddi şəkildə möhkəmləndirməsini toplantı iştirakçılarının diqqətinə çatdırdı. Ölkə prezidentinin bütün sahələr üzrə - iqtisadiyyat, kənd təsərrüfatı, ictimai-siyasi sabitlik, ordu quruculuğunun inkişafı sahələrində mühüm və təxirəsalınmaz islahatlar həyata keçirdiyini bildirdi. Bu islahatların məntiqi nəticəsi olaraq dövlətçiliyimizin daha da inkişaf etdiyini, yüksək inkişaf və tərəqqi yoluna qədəm qoyduğunu vurğuladı. Ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün respublikanın bütün bölgələrində olduğu kimi Pirallahı rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işlər görülüb. Hikmət Şikarov əlavə edib ki, Pirallahı rayonundan olan seçicilər birmənalı şəkildə aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklər. Çıxış edən Milli Məclisin deputatı Rauf Əliyev ölkəmizin son illərdə əldə etdiyi iqtisadi nailiyyətlərdən danışaraq bildirdi ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Milli Məclisin deputatı Rüfət Quliyev çıxışında qeyd etdi ki, cənab İlham Əliyev Ulu öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olaraq daim ölkəmizin inkişafı və xalqımızın rifahı üçün çalışıb.

“ İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda bütün sahələrdə sürətli inkişaf getdiyini deyərək qeyd edib ki, Prezident İlham Əliyevin bütün fəaliyyətini Azərbaycan xalqına həsr edib. Pirallahı rayon Ağsaqqal Şurasının üzvü, əməkdar neftçi Səməd Əhmədov rayonun yaşlı təbəqəsinin güzəranından, dövlətin onlara göstrədiyi diqqət və qayğıdan söz açaraq ağsaqqallar adından cənab İlham Əliyevi dəstəklədiklərini bildirmişdir.

YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşı Günel Məmmədova dövlətimizin daima gənclərə üstünlük verdiyini, onlara hər sahədə inkişaf etmələri üçün şərait yaradıldığını bildirdi.

  • @continue

Kateqoriya : QHT və MEDİA Baxış sayı : 854

QHT və MEDİA

2019-02-18 08:40:09

QHT və MEDİA
Ermənilər azərbaycanlılar və çeçenlər ar...
Ermənilər azərbaycanlılar və çeçenlər ar...

Trend-in məlumatına görə, erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini ...

2019-02-16 11:30:34

QHT və MEDİA
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...
Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzinin...

Trend-in məlumatına görə, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyə...

CƏMİYYƏT

2019-02-18 18:10:30

CƏMİYYƏT
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...
Ombudsmandan Xocalı soyqırımı ilə bağlı ...

Bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı uzun illər işğalçılıq və s...

2019-02-15 09:05:13

CƏMİYYƏT
Haqq və ədalətin inkarı: "Freedom House"...
Haqq və ədalətin inkarı: "Freedom House"...

Ayrıca "Freedom House" təşkilatının nə dərəcədə "obyektiv" olduğu barədə də ə...

İQTİSADİ

2019-02-18 16:05:32

İQTİSADİ
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...
Prezident Sumqayıtda “SOCAR Polymer”in p...

Trend Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Dövlət Neft Şir...

2019-02-16 08:55:20

İQTİSADİ
"Davamlı inkişafın sosial-iqtisadi probl...
"Davamlı inkişafın sosial-iqtisadi probl...

Konfransın açılış mərasimində təşkilatçılarla yanaşı, Təhsil Nazirliyi, İqtis...