MƏDƏNİ
A- A A+

“Qürbət zöhrəsi” kitabı

2018-03-25 09:50:44

.

Milli nəsrimizdə səmimiyyət və etiraf dərinliyinə görə seçilən “Qürbət zöhrəsi” romanında tələbəlik illərində ilk məhəbbəti daşa dəyən, taleyin faciəli düşüncə daşıyıcısı olan bir ailə içərisində yaşamağa ürcah etdiyi Zöhrənin çəkdiyi iztirab və yaşantılardan bəhs edir. Yazıçı oxucuları inandırmağa çalışır ki, cəmiyyətin zülmətə bürünməsi yalnız qəlbi və fikri qara olanlarda deyil, içi işıqla dolu insanların mütiliyində, azadlığa doğru bir addım da atmamasındadır. Əsərin baş qəhrəmanı Zöhrə abrına qısılıb yalnız qadın və ana borcunu yerinə yetirir, düşdüyü mühitə qarşı bir zərrə qədər də müqavimət göstərmir.

Bu barədə yazıçı Ulduz Qasımın “Qürbət zöhrəsi” kitabının “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində keçirilən təqdimat mərasimində danışılıb. Tədbirdə “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, Əməkdar Jurnalist Tahir Aydınoğlu, Əməkdar Mədəniyyət İşçisi Vaqif Bəhmənli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli, Yazıçılar Birliyi Gənclər Şurasının sədri, şair Elşad Ərşadoğlu, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, Əməkdar Müəllim Almaz Həsrət və başqaları çıxış edərək mühacir həyatı yaşayan Azərbaycan qadını haqqında avtobioqrafik roman təsiri bağışlayan əsər barədə öz fikirlərini bölüşüblər.

Qeyd olunub ki, müəllifin “Mən aşiqəm Qarabağda” və “Tələbə gündəliyi” kitablarından sonra çıxan bu nəsr əsərində daha ciddi və daha aktual, minlərlə qadının həyatından keçən mütilik və davranış normalarının onlara gətirdiyi ağrı və sızıltılardan bəhs olunur. Romanın müəllifi Ulduz Qasım əsərə verdikləri yüksək dəyərə görə tədbirin iştirakçılarına minnətdarlığını ifadə edib.(Azərtac)


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 559

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-20 16:15:09

İQTİSADİ
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...
“Neftdən əldə edilən gəlirlər ilk növbəd...

Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illi...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...