SİYASƏT
A- A A+

Hikmət Hacıyev: “Ermənistan sudan ekoloji terror məqsədi ilə istifadə edir”

2018-03-23 10:10:00

“Azərbaycanın su resurslarının böyük hissəsi Ermənistanın işğalı altındadır. Biz Sərsəng su anbarını xüsusi qeyd etməliyik”

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyası tərəfindən 22 mart tarixinin “Ümumdünya su resursları günü” elan edildiyini xatırladan H. Hacıyevin sözlərinə görə, su resurslarının effektiv şəkildə idarə olunması, insanların su ilə təmin olunması BMT tərəfindən 2030-cu illərə qədər müəyyən olunmuş davamlı inkişaf məqsədlərinin vacib tərkib hissəsidir.

XİN rəsmisi Ermənistan tərəfinin sudan ekoloji terror məqsədi ilə istifadə etdiyini vurğulayıb. H. Hacıyev qeyd edib ki, Ermənistan mənsəbi Azərbaycanda olan çayların qəsdən çirkləndirilməsini həyata keçirir: “Ermənistanın su resurslarını çirkləndirməsi və ondan terror üçün istifadə etməsi kimi qərəzli siyasətini kəskin şəkildə pisləyirik. Hesab edirik ki, beynəlxalq ictimaiyyət bu məsələyə diqqət ayırmalıdır”.


Kateqoriya : SİYASƏT Baxış sayı : 716

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...